Keyfiyyətli günəbaxan məhsulu əldə etmək üçün bunları bilmək vacibdir!

17 February 2021

Keyfiyyətli günəbaxan məhsulu  əldə etmək üçün bunları bilmək vacibdir!

Digər tarla bitkiləri ilə müqayisədə günəbaxanın düzgün əkin dövriyyəsini təmin etmək əsas şərtlərdən biridir. Burada əsas faktorlar əkinin dərinliyi, torpağın düzgün analizi ,  əkinə və sonrakı proseslərə nəzarətdir.             Günəbaxan toxumlarının cücərməsi üçün torpağın  temperaturu ən azı 8-10 Co olmalıdır. Torpağın temperaturu artdıqca toxumun cücərmə və çoxalma sürəti də artır. Bu səbəbdən əkin zamanı torpaq istiliyinin 12 C olması arzuolunandır. Buna görə torpaq temperaturu əkin müddətini təyin etmək üçün vacib bir amildir. Torpağın temperaturu toxumun cücərə biləcəyi dərəcəyə çatdıqda, əkin nə qədər tez aparılırsa, məhsuldarlıq da bir o qədər yüksək olur. Buna görə əkin gec olmamalıdır.  Əkin zamanı sətirlər arasındakı 65-70 sm  məsafə saxlanılır . Toxum ölçüsündən asılı olaraq, normal səpində 1,5-3,0 kq toxum istifadə olunur. Hava səpinləri  üçün 500-700 qr  toxum kifayətdir.  Əkin dərinliyi torpağın quruluşundan və nəmindən asılı olaraq dəyişir. Normal şəraitdə günəbaxanda əkin dərinliyi 4-6 sm arasında dəyişir, əgər torpağın nəmliyi daha da ərinlərə qədər davam edirsə , əkin dərinliyi 7 sm-ə qədər artırıla bilər.

Günəbaxan  toxumları əkildikdən 10-15 gün sonra cücərir və torpaq səthində gənc bitkilər əmələ gəlir. Ətraf mühit şərtləri uyğun olarsa, bitkilər sürətlə inkişaf etməyə davam edirlər. Bitkilərin böyüməsi və inkişafı dövründə lazımi baxım işləri vaxtında və texnikaya uyğun olaraq edilməlidir. Əks təqdirdə, günəbaxandan gözlənilən məhsul əldə edilə bilməz.

Günəbaxan əkinçiliyində əsas qulluq işləri  alaq otlarına qarşı mübarizə, seyreltmə, suvarma, xəstəlik və zərərvericilərə qarşı mübarizə  kimi proseslərdir.

Yabanı otlara qarşı mübarizə

Günəbaxan bitkisi ilkin  inkişaf dövründə alaq otlarından təsirlənir və zədələnir. Bu səbəbdən alaq otlarına qarşı mübarizə erkən başlamalıdır. Bitkilər torpaq səthinə qalxdıqda və 10-12 sm böyüdükdə (4-6 yarpaq dövrü) birinci kətmənləmə , bitkilər 25-30 sm boyda olduqda ikinci kətmənləmə  prosesi  edilməlidir. Günəbaxan bitkisinin saçaqlı kökləri olduğundan,  kətmən ilə səth   dərinləşdirilməməlidir (10 sm-dən daha dərin olmamalıdır). Bitkilər 40 sm-ə çatdıqda,  kətmənləmə dayandırılmalıdır. Xüsusilə quraq bölgələrdə buxarlanaraq suyun itirilməsinin qarşısını almaq üçün alaq otları tez-tez məhv edilməlidir.  Günəbaxan tarlalarında problem yaradan  alaq otları  herbisidlərdən istifadə olunaraq da idarə edilə bilər.

Seyrəltmə

Günəbaxan bitkilərinin böyüməsi və inkişafının normal olması üçün bitki cərgələr arasında müəyyən  məsafələr olmalıdır. Əks təqdirdə  məsafənin olmaması seyrəltmə prosesinə mane ola bilər. Seyrəltmə  bitkilər 10-15 sm olduqda edilməlidir.

Suvarma   Günəbaxan bitkisi quraqlığa yüksək dərəcədə davamlıdır. Ancaq bitki  suvarma  şəraitində yetişdirildikdə əhəmiyyətli məhsul artımı əldə edilir. Günəbaxan bitkisinin suya ən çox ehtiyac duyduğu dövr, gövdə  əmələ gəlməsindən çiçəklənməyə qədər olan dövrüdür. Xüsusilə çiçəklənmədən 20 gün əvvəl və çiçəklənmədən 20 gün sonra  suvarma üçün kritik bir dövrdür. Bu dövrdə bitki susuzluq stresinə məruz qalmamalıdır. Yağışın kifayət qədər olduğu bölgələrdə suvarma tələb olunmur (illik 600 mm, yaz yağışı 400 mm). Bununla birlikdə, yağışın kifayət qədər olmadığı ərazilərdə suvarma aparılmalıdır. Suvarma ilə məhsul 50 %  və ya daha çox artım əldə edilə bilər.

Vegetasiya müddətində qarğıdalının normal inkişafını təmin etmək məqsədi ilə torpağın rütubətini 65-75% səviyyəsində saxlamaq üçün vegetasiya suvarmaları aparılmalıdır. Birinci vegetasiya suvarması 3-4 yarpaq fazasında, ikinci suvarma süpürgə əmələ gəlməsinə 10-12 gün verilməlidir. Üçüncü suvarma süpürgələrin çiçəklənməsinin başlanğıcında nəhayət dördüncü suvarma dənin süd-mum yetişkənliyi dövründə aparılmalıdır. Torpaq və havanın rütubətindən, yağıntının miqdarından qrunt sularının yerləşmə səviyyəsindən asılı olaraq vegetasiya suvarmalarının sayı azalıb-arta bilər.

DİGƏR MƏLUMATLAR