Soya bitkisinin əsas qulluq tədbirləri: Kətmənləmə və Alaq otlarına qarşı mübarizə

17 February 2021

Soya bitkisinin əsas qulluq tədbirləri: Kətmənləmə  və Alaq otlarına qarşı mübarizə

Soya bitkis inkişafının ilk mərhələsində alaq otlarından çox təsirlənir. Bu səbəbdən yabanı otların təmizlənməsi traktorla, lazım olduqda isə cərgələrdə əl ilə  aparılmalıdır. Bitkinin inkişaf mərhələsindən asılı olaraq, birinci və ya ikinci suvarmadan sonra kultivatorla  bitkilərin gərginliyinin qarşısı alınmalıdır.  Soya əkini zamanı alaq otlarına nəzarət etmək və torpağı havalandırmaq üçün bitki mövsümündə 2-3 dəfə kətmənləmə edilir.  Soyada ilk kətmənləmə bitkilər peyda olduqdan 10-12 gün sonra edilir. Bitkinin inkiafından asılı olaraq növbəti mərhələlərdə 2 və 3-cü kətmənləmə prosesi də aparılır. Üçüncü kətmənləm , ümumiyyətlə,  ilk suvarmadan sonra edilməlidir. Alaq otlarına qarşı mübarizə Mədəni Mübarizə və Pestisid Mübarizəsi şəklində olur. Sahəni dincəltmək, təmiz toxumdan istifadə etmək, zəncir vurmaq, sahənin kənarındakı alaq otlarını məhv etmək, toxum səpilmədən otları biçmək, yerin alt hissələrini və kök hissələrini toplamaq və məhv etmək lazımdır. Alaq  otlarına  qarşı mübarizə prosesində selektiv herbisidlər də tətbiq olunur.

Herbisidlər əkilmədən əvvəl və ya əkildikdən dərhal sonra tətbiq olunsa da , suvarılan br  bitki olduğu üçün alaq otlarından tam qorunmaq imkansızdır. Cərgələr arasında mexaniki işləmə asan olduğundan soya bitkiləri fidan mərhələsində olarkən bir-iki dəfə kətmənləmə edilərək alaq otlarının böyüməsinin qarşısı alınmalıdır. Soya içərisində həm dar yarpaqlı, həm də geniş yarpaqlı otları görmək mümkündür. Kətmənləmənin mümkün olmadığı hallarda, alaq otlarının sıxlığına görə  herbisid ilə püskürtülməlidir. Alaq otlarının zərərlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:

a) Məhsuldarlığı  azaldır: Alaq otları su, mineral, maddə və işıq baxımından tarla bitkiləri ilə rəqabət aparır. Bir çox ümumi alaq otları tarla bitkiləri aktiv böyüməyə başlamazdan əvvəl sürətlə böyüyür. Beləliklə, tarla bitkiləri üçün uyğun olan su və qida maddələrini alaq otları istehlak edir. Bu da bitkilərdə məhsul itkisinə səbəb olur.

b) Məhsulun keyfiyyətini pozur: Məhsul yığarkən nəmini artırır, saxlamağı çətinləşdirir.

c) Ziyanvericilərə sahibdirlər: Bir çox alaq otları, xəstəliklər və böcək zərərvericiləri özündə ehtiva edir.

d) Suvarma xərclərini artırır: Suvarma kanallarının kənarında və ya içərisində böyüyən alaq otları kanalların istifadəsini çətinləşdirir və çox su istehlak edir.

Alaq otlarına qarşı mübarizə Mədəni Mübarizə və Pestisid Mübarizəsi şəklində olur. Sahəni dincəltmək, təmiz toxumdan istifadə etmək, zəncir vurmaq, sahənin kənarındakı alaq otlarını məhv etmək, toxum səpilmədən otları biçmək, yerin alt hissələrini və kök hissələrini toplamaq və məhv etmək lazımdır.