Soya bitkisinin qida tələbatı

17 February 2021

Soya bitkisinin qida tələbatı

Digər becərilən bitkilərdə olduğu kimi soya bitkiləri də böyümə dövründə torpaqdan müəyyən miqdarda qida maddəsi qəbul edir. Azotlu gübrələmə Soyun ilk inkişafını təşviq etmək üçün 0.1 hektara 2,5-3 kq təmiz azot verilməlidir. Fosfora ehtiyac isə  6 kq-dır. Başqa bir seçim olaraq, 35 kq Super fosfat və 13 kq Ammonium nitrat  gübrələri birlikdə tətbiq oluna bilər. Bitki bu mənbədən faydalanacaq, çünki bakteriya istifadə edildiyi zaman soya köklərində kifayət qədər azot yığılması baş verir. Bu səbəbdən soya bakteriyalarından istifadə edərkən əkin zamanı daha çox azot gübrəsi əlavə edilməsinə ehtiyac qalmır. Üstəlik, artıq azot gübrəsindən istifadə edildikdə kök yumrularının əmələ gəlməsinin azalacağını və bakteriyaların tənbəlləşəcəyini, beləliklə bakteriyalar tərəfindən kök zonasında azot istehsalının azalacağını  da qeyd etmək lazımdır. Köklər ortaya çıxdıqdan 2-3 həftə sonra müayinə edildikdə, bakteriyaların fəaliyyəti nəticəsində düyünlənmənin meydana gəldiyi görülür. Saçaq köklərinə zərər vermədən çıxarılan bitkilərin köklərində 5-10 çəhrayı kök yumruları görülməlidir. Əgər belə deyilsə, yəni qabarıqlıqlar əmələ gəlməyibsə və ya  daxili rəngi yaşıl və ya qara rəngə çevrilibsə, bu bakteriyaların öldüyü mənasına gəlir.

 

Fosforlu Gübrələmə Fosfor paxlalılar üçün vacib qida mənbəyidir. Fosfor gbrələri torpağa əkindən əvvəl və ya əkin zamanı gübrələri verilməlidir. Paxlalılar öz azotlarını təmin edə bilsələr də, fosfor təmin etmə qabiliyyətinə sahib deyillər. Buna görə torpaqda kifayət qədər fosfor yoxdursa, gübrələmə ilə əlavə edilməlidir. Fosfor gübrələrinin taxıl məhsuldarlığını artırmaqla yanaşı, ən vacib təsiri taxılın keyfiyyətini də artırmaqdır. Fosfor gübrələrinin başqa bir faydası torpaqdakı azotun mövcudluğunu çoxaldır.

Kalium Gübrələmə Azotdan sonra soya tərkibində ən çox istifadə olunan bitki qidası kaliumdur.  Kalium  gübrəsinin ən vacib  faydası bitkinin yetişməsini təmin edir, toxumdakı yağ tərkibini artırır və bitkinin mənfi xarici amillərə qarşı müqavimətini artırır. Torpaq analizinə görə, soya üçün hesablanan kalium gübrəsinin miqdarı əkilmədən əvvəl və ya əkin zamanı verilməlidir.

Soya becərilməsində bitki tərəfindən tələb olunan əsas qidalar (NPK) əkilmədən əvvəl və ya sonra torpağa verilirsə, yarpaq gübrələməsinə çox ehtiyac yoxdur. Lakin bəzi xüsusi hallarda (torpağın pH-dan asılı olaraq), xüsusən də mikroelement çatışmazlığı müşahidə olunarsa, yarpaq gübrələməsi  tətbiq olunmalıdır.