Qarabağ 22
Sort 2002-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında, arpanın Dünya kolleksiyasından (VİR) çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır Sort intensiv tipli olub yatmaya davamlıdır. Bitkinin kollanması orta vəziyyətdədir. Uzun Qılçıqlıdır. Buna görə də dəmyə şəaritində becərilmə üçün uyğundur. Dəni orta irilikdədir. 1000 ədəd dənin kütləsi 42 qramdır. Qarabağ düzənliyi, Şirvan bölgəsi , respublikanın digər suvarılan və dəmyə bölgələri üçün becərilməsi təklif olunur. Hektara 3,0-3,5 milyon cücərən toxum səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10 % artırmaq olar. Toxumlar Tebuji 060 FS (60 g/L Tebuconazole) preparatı ilə dərmanlanmışdır.
Vegetasiya müddəti | 193-210 gün |
Bitkinin hündürlüyü | 85-97 sm |
Məhsuldarlıq (Samux-Ceyrançöl iqlimi) | 7-7,5 ton/ ha |
1000 dənin kütləsi | 42 qram |
Səpin norması | 3-3,5 milyon cücərən toxum/ha |
Davamlılıq
Unlu şeh | davamlı |
Quraqlığa davamlılıq | davamlı |
Yatmaya | davamlı |
Dənin tökülməsi | davamlı |
Pas | davamlı |
Sürmə | davamlı |
Duz | davamlı. |