Gallio

Avstriyanın “Probstdorfer Saatzucht” toxumçuluq şirkti tərəfindən yaradılmışdır.
Azərbaycanın Samux və Ceyrançöl ərazilərinin torpaq-iqlim şəraitində orta tezyetişən, alçaqboylu, yerə yatmayan sortdur.
Qışa yüksək, quraqlığa isə orta davamlılığı ilə xarakterizə olunur. Qılçıqlıdır. Həm suvarmada həm də dəmyədə əkilə bilər. Səpin vaxtına riayət etmək mütləqdir! 
Suvarma şəraitində yüksək məhsuldar intensiv tipli sort hesab edilir. 2020-ci ildə 220,4 hektar sahədən orta məhsuldarlıq 6,54 ton/ha-ya bərabər olmuşdur.

Yetişmə qrupu Orta tez yetişən
Vegetasiya müddəti 220-230 gün
Bitkinin hündürlüyü 85-90 sm
Məhsuldarlıq (Samux-Ceyrançöl iqlimi) 6.63 ton/ ha
Potensial məhsuldarlıq 10-12 ton/ ha
1000 dənin kütləsi 38-45 qram
Səpin norması 4-4.2 milyon cücərən toxum/ha


Davamlılıq

Qışa davamlılıq yüksək
Quraqlığa davamlılıq orta
Yerə yatmaya yüksək
Dənin tökülməsi yüksək
Qonur pas yüksək
Fuzarioz orta
Əkin vaxtı payız