Pas xəstəliyi

*Göbələk xəstəliyi

  • Törədicisi

Xəstəliyin törədicisi Puccinia cinsinin nümayindəsidir. Xəstəlik böyümə dövrünün 2-ci yarısında yarpaqlarda və bəzən də gövdə üzərində özünü göstərir. Göbələk sporları yarpaqların vaxtından əvvəl qurumasına səbəb olur.

  • Əlamətləri

Əvvəlcə yarpaqlar üzərində xırda, nizamsız şəkildə səpilmiş açıq-sarı rəngli ləkələr əmələ gəlir. Sporlar yarpağın epidermisi altında böyüyərək, 1 mm uzunluğunda qonur rəngli pustullara çevrilir. Epidermisin partlaması nəticəsində pustulların üstü açılır və spor kütləsi uredosporlar ətrafa yayılaraq yenidən sağlam bitkiləri də yoluxdurur.

  • İnkişaf dövrü Azərbaycanda bu xəstəlik sahələrdə geniş şəkildə yayılıb. Xəstəliyin vurduğu ziyan yarpaqların quruması, qıçaların inkişafdan qalması nəticəsində dənlərin cılız və yüngül olması ilə xarakterizə olunur. Dişli qarğıdalı sortları xəstəliyə qarşı davamlı, şəkərli sortlar isə həssasdır. Xəstəlik yayın ikinci yarısında özünü göstərir və böyümə dövrünə qədər inkişaf edir. Xəstəliyə qarşı  ən həssas olanlar isə şirin qarğıdalı hibridləridir.

Pas xəstəliyinə qarşı mübarizə tədbirləri əsasən sabit hibridlərin istifadəsi, məhsul yığımından sonra əkin sahəsinin təmizlənməsi , və funqisidlərlə müalicə şəklində baş verir. sonrakı qalıqların Bitki qalıqları sahədən çıxarılmalı və dərin dondurma şumu aparılmalıdır. Toxum materialının dərmanlamadan kənara çıxarılması qadağan edilməli, vegetasiya dövründə buğdanın pas xəstəliklərinə qarşı işlədilən preparatlardan istifadə olunmalıdır

Bu zərərvericiyə qarşı preparat:

TUNADIS 100 EC

TUNADIS 100 EC Aktiv maddə: 100 g/l Penconazole    TUNADIS 100 EC fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən

Məhsulu gör