Çuğundur əkinin prosesləri
Tarla hazırlığı
Torpağın əkindən əvvəl hazırlanma müddəti, bu işdə istifadə olunan avadanlıqdan istifadə qaydası, toxum yatağının dərinliyi, toxumda qalacaq torpağın qalınlığı və quruluşundan asılıdır. Torpağın hazırlanmasında ilk proses bitki qalıqlarının yığımdan sonra torpağa basdırılmasını və üzvi maddələrlə zənginləşdirilməsini təmin etməkdir. Bu prosesi payızda etmək daha məqsədəuyğundur. Topraq nəmini çıxarmadan əvvəl taxıl biçinindən dərhal sonra torpaq şumlanmalıdır. Şəkər çuğunduru becərilməsində payız şumlanması edilən sahələrdə payız və qış yağışlarından daha çox istifadə edilir və yazda toxum yatağının hazırlanması daha rahat həyata keçir. Payız şumlanması edilmədikdə toxum əkini də gecikir. Yazda torpaq hazırlığı şəkər çuğunduru əkinində ən önəmli mərhələlərdəndir. Sahələrin uzun müddət eyni dərinlikdə şumlanması nəticəsində alt hissədə sərt qabıq təbəqəsi əmələ gəlir. Bu çuğundurun dərinlərə enməsinə mane olur. Bunun üçün 4-5 ildən bir 50-60 sm dərinlikdə şum alt qatının qırılması lazım gəlir.
Normal bir əkin təmin etmək üçün:
Bütün bu hazırlıqlardan sonra torpaq əkinə hazırdır!
Səpin zamanı
Çuğundurun istehsal texnologiyasında səpin norması və üsulu, çuğundur cücərtilərinin formalaşdırılması üsulları və digər elementlər bilavasitə toxumun keyfiyyətindən asılıdır. Daha iri və keyfiyyətli toxumlar, bir qayda olaraq, daha çox tarla cüçərmə qabiliyyətinə malikdir. Səpin üçün cücərmə faizi aşağı toxum istifadə etdikdə çuğundur, mütəşəkkil və eyni bərabər cücərtilər - bitkilər vermir ki, bu halda cücərtilərin formaya salınıb seyrəldilməsinin mexanikləşməsi qeyrimümkün olur. Xüsusən, sənaye texnologiyasında dəqiq səpin üçün toxumlar, yüksək keyfiyyətli nişanələrə malik olmalıdır. Тoxumun yüksək keyfiyyət nişanələri bunlardır: laboratoriya cüçərmə enerjisi 85%-dən, cücərmə qabiliyyəti isə 95%-dən az olmamalıdır. Şəkər çuğunduru torpağın 5 sm dərinliyində temperatur 5-8 0 C olduqda səpilməlidir. Səpin qısa müddətdə 3-5 günə başa çatdırılmalıdır. Respublikanın əksər rayonlarında şəkər çuğundurunu fevralın axırı – martın əvvəlində səpmək olar.
Əkin
Əkin texnikası şəkər çuğundurunun məhsuldarlığını, keyfiyyətini və fermerin gəlirinə təsir edən mühüm amildir. - Əkin sürəti əkin keyfiyyətinə təsir edən vacib amillərdən biridir. Dəqiq əkin maşınları ilə səpin apararkən traktorun sürəti 4 km / saatı keçməməlidir. Həddindən artıq sürət toxumların qeyri-bərabər düşməsinə, dərinlik parametrlərinin pisləşməsinə və toxumların torpaq səthində qalmasına səbəb olur. Çuğundurun düzgün əkilməsi zamanı kətmən və kombaynların istifadəsi rahatlıq təmin edir. Normal əkildikdən sonra çuğundurun sayı təbii amillər, toxum sortu, zərərvericilər və xəstəliklər nəticəsində 40 %-dan çox azalırsa, tarla ikinci dəfə əkilməlidir.