Development of Young Professionals
“Gənclər gələcəyimizdir” prinsipi ilə yola çıxaraq gənc mütəxəssislərin inkişafına İnsan Resursları idarəetməsinin bir tərkib hissəsi olaraq xüsusi diqqət ayırırıq. Respublikamızın demoqrafik inkişafında gənclərin mühim rol oynaması şirkətimizin də gənc mütəxəssislərin yetişdirilməsində fəaliyyət sxeminin hazırlanmasına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, hal-hazırda şirkətimizdə çalışan əməkdaşların orta yaş həddi 30-dur. Gənclərimizin öz bilik və bacarıqlarını daha da təkmilləşdirməsi üçün təşkil etdiyimiz təcrübə proqramları, gənclərin motivasiyasının artırılması üçün stimullaşdırıcı tədbirlər planı, kənd təsərrüfatı sektorunda öz sözünü demiş şirkət olaraq onlara həm istehsal, həm də xidmət sahələrimizdə müxtəlif vəzifələr verməklə etimadımızı bir daha göstərmiş oluruq.