Çuğundurun düzgün qulluq qaydaları
Çuğundurun düzgün əkilməsi sahələrdə kətmənləmə və kombaynların istifadəsində böyük rahatlıq təmin edir. Normal əkindən sonra çuğundurun sayı təbii amillər, toxum sortu, zərərvericilər və xəstəliklər nəticəsində yaranan ziyan səbəbindən 40 %-dan çox azalırsa, tarla ikinci dəfə əkilməlidir. Çuğundurun əkilmədən məhsula qədər inkişafını təmin edən qulluq prosesləri də itkinin qarşısını alır.
Bir çuğundur tarlasında vahid sahəyə düşən bitki sayı və bu bitkilərin səthə yaxşı paylanması məhsula və keyfiyyətə təsir edən mühüm amildir. Çuğundur 4-5 yarpaq mərhələsinə çatdıqda seyreltmə və incəlmə aparılır. Seyrəltmə zamanı çuğundurlara zərər verməməyə diqqət yetirmək lazımdır. Şəkər çuğunduru sənaye texnologiyası ilə istehsal edildikdə cüçərtilərin mexaniki seyrəltməsinin aşağıdakı qaydaları həyata keçirilir: malalama, cərgə boyu seyrəltmə, köndələninə kultivasiya çəkmə. Bundan sonra lazımi miqdar bitki sıxlığı və sıxlığıneyni səviyyədə saxlanılmasına nail olunsa, əl əməyi aradan götürülər.
Alaq otlarına qarşı mübarizə pestisidlərlə aparılırsa, kətmənləmə yalnız çuğundurun torpağını havalandırmaq üçün edilir.Bu proses torpağın daha sürətli istiləşməsini təmin edir, buxarlanmanın qarşısını alır və yağış suyunun müntəzəm paylanması ilə torpağa nüfuz etməsini təmin edir. Torpaqdan şəkər çuğundurunun istifadə etdiyi qida maddələrinin ən böyük rəqibi alaq otlarıdır. Bu səbəblə cücərmədən məhsula qədər olan dövrdə alaq otlarına qarşı mübarizə aparmaq lazımdır. Alaq otları çuğundurun qidasını, suyunu, havasını və günəşini bölüşür. Alaq otlarına qarşı mübarizə aparmaq çiləmə üsulu ilə həyata keçirilir.
Şəkər çuğunduru əkinlərinə qulluq texnologiyasının ən mühüm elementlərindən biri də cərgələr arasının yumşaldılmasıdır. Bu əməliyyatın məqsədi torpaqda əlverişli su-hava və qida rejimi yaratmaqla bərabər, alaq otlarını daha ciddi surətdə məhv etməkdən ibarətdir. Cərgələrarası becərmələrin sayı və dərinliyi bölgənin torpaq-iqlim şəraitindən və bir daha hər bir tarlanın xüsusiyyətlərindən asılıdır.
Çuğundurun əsas qulluq tədbirlərindən biri də bitkinin su tələbinin təmin olunmasıdır. Torpaq və iqlim şəraitindən asılı olaraq bitkiyə stədiyi qədər su verilməlidir. Çuğundurun böyümə dövründə istehlak etdiyi su miqdarı 700-800 mm-dir. Hər suvarma üçün təxminən 100-130 mm su verilməlidir. Suvarma tensiometrindən istifadə edərək suvarma müddətini təyin etmək olur. Fermerlərimizin başqa bir üsulu da odur ki, gün ərzində tarlada yayılan yarpaqlar axşamlar ayağa qalxmazsa, praktik olaraq suvarmanın gəldiyi düşünülməlidir. Çuğundur bitkisinə ilk suyu gec vermək məsləhətdir. Bu proses çuğundurun kökünün yaxşı inkişafına kömək edir. Bitkiyə lazım olan suvarma norması vegetasiya dövrünün birinci dövrü üçün torpaqda 0-40 sm, sonralar isə 0-100 sm-dəki nəmliyə görə aparılır. Süni yağış yağdırma üsulu ilə suvarmada suvarma normaları, adətən, 500-700 m3 /ha, şırımlarla suvarıldıqda isə 800-900 m3 /ha-a bərabər olur. Əvvəllər dünyanın bir çox çuğundurçuluq rayonlarında əsas suvarma texnologiyası knmi, süni yağışyağdırma, yəni mexaniki suvarma üsulu qəbul edilmişdir. Suvarma suyunun tarla boyunça normal bölünməsi, eyni zamanda çuğundur becərilməsindəki digər əməliyyatların keyfiyyəti suvarılan torpaqların hamarlanıb planlaşdırılmasından asılıdır.