Haqqımızda

Buta GROUP şirkətinin tərkib hissəsi olan “AzGübrə” aqromarketlər şəbəkəsi 2 Fevral 2020-ci ildə fəaliyyətə başlayaraq kənd təsərrüfatı sahəsində fermerlərə gübrə, bitki mühafizə preparatları və toxum təchizatı ilə üstün xidmət göstərir.

Əsas məqsədimiz sərfəli qiymətə, yüksək keyfiyyətə malik olan məhsullarımızı üstün xidmətlərimiz ilə fermerlərimizə təqdim etməkdir. Bu məqsədlə “Bərəkət torpaqdan, gübrə bizdən” şüarı ilə yola çıxaraq  hal-hazırda Respublikamızın 9 iqtisadi regionunda 26 mağaza şəbəkəmiz ilə fermerlərimizə ən yaxın xidməti göstəririk.

Fermerlərə keyfiyyətli məhsullar təqdim etmək üçün Rusiyanın “EuroChem”, Gürcüstanın “Rustavi Azot”, SOCAR, Türkiyənin "Astranova", İsrailin "ICL" və bir çox şirkətlərlə qarşılıqlı əməkdaşlıq yaradaraq onların əkin sahələrindən yüksək məhsuldarlıq əldə etmələrini təmin edirik.

MİSSİYAMIZ

Daxili bazarı keyfiyyətli məhsullarla təmin edərək məhsuldarlığı artırmaq, kənd təsərrüfatına böyük töhvələr verməkdir.

STRATEJİ BAXIŞIMIZ

Missiyamıza doğru irəliləmək üçün strateji baxışımız

  • Müştərilər: Üstün xidmət və məhsullarımızla dəyər yaradaraq müştərilərimizin işinin bir parçası olmaq
  • Əməkdaşlar: Əməkdaşlarımızın inkişafı və uğurlu karyera təcrübəsi üçün böyük imkanlar yaratmaq
  • Cəmiyyət: Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləmək

DƏYƏRLƏRİMİZ

  • Şəffaflıq
  • Dürüstlük
  • Dayanıqlılıq
  • Əməkdaşlıq
  • İnnovativlik

HƏDƏFLƏRİMİZ

  • Gübrə, bitki mühafizə preparatları, toxum, və digər kənd təsərrüfatı məhsullarının təchizatı
  • Satış məntəqələrinin sayını 70-ə çatdıraraq fermerlərə üstün xidmət göstərilməsi
  • Kənd təsərrüfatı sektorunun yüksək səviyyədə inkişafı

Karyera

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital qiymətləndirməkdir.Bu məqsədi rəhbər tutaraq İnsan Resurslarının idarə edilməsində ən müasir metodları və beynelxalq təcrübəni tətbiq edirik.

RƏHBƏRLİYİN AZGÜBRƏNİ YARATMASI

“AzGübrə” aqromarketlər şəbəkəsi 2020-ci ilin fevral ayında kənd təsərrüfatı sektorunda daxili bazarı keyfiyyətli məhsullarla təmin etmək məqsədilə şirkətin qurucusu və icraçı direktoru Bəşir Quliyev tərəfindən yaradılıb. Fəaliyyətə başlayan gənc şirkət olmasına baxmayaraq, keçmişində uzun illərin ideyası, qocaman zəhmət dayanır. AzGübrə şirkətinin qurulmasına təkan verən amillərdən biri də şirkət rəhbərinin uzun illərdir kənd təsərrüfatı sektorunda sahibkar kimi fəaliyyəti, bu sektora kompleks yanaşmaq istəyi, eyni zamanda Respublikamızda gübrə satışında yeni istiqamət müəyyənləşdirmək, fermerlərə dəyər qatmaq arzusudur. Şirkət həmçinin Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı sektorunda həyata keçirdiyi islahat siyasəti və bu siyasətin davamı olaraq yaranmış münbit biznes mühitinin nəticəsi olaraq meydana gəlmişdir.

SATIŞ MƏNTƏQƏLƏRİMİZ

AZGÜBRƏ AZƏRBAYCANIN
HƏR BİR BÖLGƏSİNDƏ

ƏMƏKDAŞLIQ ETDİYİMİZ ŞİRKƏTLƏR