Karyera
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir. Bu məqsədi rəhbər tutaraq İnsan Resurslarının idarə edilməsində ən müasir metodları və beynəlxalq təcrübəni tətbiq edirik.
İşçilərin motivasiyasının artırılması, bilik və bacarıqlarının dəyərləndirilməsi istiqamətində peşəkarlıq səviyyəsinə uyğun tərəfimizdən daim qiymətləndirmə aparılır. Eyni zamanda korporativ münasibətlərin inkişafı, hər kəsə bərabər mühitin yaradılması da öncəliklərimiz arasındadır.