Keyfiyyətli üzüm məhsulu üçün düzgün gübrələmə şərtdir!

17 February 2021

Keyfiyyətli üzüm məhsulu üçün düzgün gübrələmə şərtdir!

Üzüm  bitkisinin məhsuldarlığının artırılması istiqamətində atılan addımlardan biri də gübrələrin tətbiqidir.  Gübrələr torpağı üzüm bitkisinin lazım olduğu qida maddələri ilə təmin edir.  Üzümün qidalanması bir çox amillərdən- torpağa verilən gübrələrdən, torpaqda gedən mikrobioloji proseslərdən, istilik və rütubət balansından, sortun xüsusiyyətindən, tətbiq olunan aqrotexnikanın səviyyəsindən və sairədən asılıdır.  Məhsulun formalaşması dövrlərində  qidalanmanın böyük əhəmiyyəti vardır.  Çiçəkləmə dövründə və bütün yay ərzində tənəyin digər qida maddələri ilə yanaşı maksimum dərəcədə fosfor qidasına, yayın axırında isə kaliuma ehtiyacı olur. Mineral  torpağın gübrələmə dövründən və suvarılmadan asılı olaraq payızda ) yaxud yazın əvvəllərində verilir.

Tənəklərdə tumurcuqların  şişməsi   yeni zoğların əmələ gəlməsi ilə əlaqadar  qida maddələrinə (azot, fosfor, kalium və mikroelemetlərə) bu dövrdə böyük ehtiyac duyulur.. Çiçəkləmədən əvvəl, çiçəkləmə və gilələrin formalaşması dövründə də üzümün qida maddələrinə olan tələbatı böyükdür. Çiçəkləmədən əvvəl və sonra bir sıra məqamlar gözlənilməlidir. Bu vaxtı gübrələrin maye halda istifadəsi  daha məqsədəuyğundur. Bunun üçün gübrələr suda həll edilərək şırımla, yeraltı suvarma, damcı suvarması və s. ilə kökdən yemləmə həyata keçirilə bilər. Yaxşı olardı ki, bu zaman gübrələmə çiçəkləmənin başlanmasından 10-15 gün qabaq aparılsın. Bu vaxt azot birləşməsi çox olan gübrələrdən istifadə etmək məqsədəuyğundur. Həmçinin azot, fosfor və kalium gübrələri birlikdə verilə bilər

Üzüm Kifayət qədər qidalanmasa nə baş verər?

Əgər üzüm böyümə prosesi zamanı torpaqdan kifayət qədər qida almırsa, bu aşağıdakı siqnalları verir:

Üzümdə kalium (K) çatışmazlığı:

Kalium bitkinin keyfiyyətini təşkil edən proseslərin tamamlanmasında mühüm rol oynayır. Üzümdəki kalium çatışmazlığı yarpaqlarda özünü göstərir və tünd qırmızı rəngə çevrilib aşağı əyilməsinə səbəb olur. Bitkidə kaliumun azlığı , böyümənin ləngiməsi, aşağı məhsuldarlıq və yarpaq çatışmazlığı kimi əlamətlərdə özünün göstərəcəkdir.

Üzümdə maqnezium (Mg) çatışmazlığı:

Maqnezium   bitkilərə yaşıl rəng verən və günəş işığını fotosintez yolu ilə enerjiyə çevirmək üçün istifadə olunan əsas maddələrdən biridir. Maqnezium çatışmazlığı bitkilərin həyatda qalması üçün lazım olan fotosintez prosesini ləngidir. Maqnezium çatışmazlığı yarpaqların saralması ilə özünü göstərir. Bitki böyüməsi və canlılığı üçün əhəmiyyətli bir qida olan maqnezium bitki tərəfindən kifayət qədər qəbul edilmədikdə məhsulun qurumasına və büzülməsinə səbəb olur.

Üzümdə fosfor (P) çatışmazlığı:

Fosfor  qida maddələrinin daşınması və bitkilərdə enerji istehsalı üçün lazımdır. Fosfor çatışmazlığı yarpaqların tünd yaşıl və loblar boyunca qırmızı nöqtələr halına gəlməsi ilə nəticələnir. Üzümdəki fosfor çatışmazlığı toxumun məhsuldarlığını və meyvəsini xeyli azaldır ki, bu da səmərəsizliyə səbəb olur