Pomidor bitkisinin qulluq qaydaları
Daha yüksək məhsuldarlıq əldə etmək üçün bitkiyə düzgün qulluq xüsusi əhəmiyyət kəsb edir. Bitkiyə qulluq işləri, əsasən , cərgə və bitki aralarının becərilməsi, alaqların vurulması, gübrələrin verilməsi, suvarılması və xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir.
Xüsusən meyvələr əmələ gələndə bitkilərin çəkisini çəkə biləcək gücə sahib olan konstruksiyaların-asqılar qurulması vacibdir. Bu zaman hər bitki üçün ayrıca bir ip bağlanır. İplər, 3-cü və ya 4-cü yarpağın sapına, onu boğmayacaq şəkildə bağlanır. Bu proses günortadan sonra bitkilərin zədələnməməsi üçün bitkilər elastik olduqda edilməlidir. Asqılar bitkilərin hündürlüyünə uyğunlaşdırılmalıdır.
Pomidor becərilməsində ediləcək digər bir vacib proses, budamadır. Pomidorda, gövdə və yarpaq sapı arasında çıxan tumurcuqları budamaq lazımdır. Erkən qoparıldıqda yenidən ortaya çıxma ehtimalı var. Budama səhər saatlarında bitkinin su miqdarı yüksək olduqda edilməlidir. Bu, budama üçün tələb olunan əməyin azaldılmasına və tumurcuqların bitkidən asanlıqla ayrılmasına və daha az yara qatının yaranmasına səbəb olacaqdır.Yarpaqların təmizlənməsi də budamanın başqa bir növüdür. Yetişməyə başlayan meyvələrin altındakı yarpaqları götürərək böyüməni sürətləndirmək olar. Bununla yanaşı, yaşlı və xəstə yarpaqlar da təmizlənməlidir. Pomidor bitkisi, yüksək su tərkibinə görə səhərdən günorta saatlarına qədər daha kövrəkdir. Bu səbəbdən bütün budama əməliyyatları bu aralıqda edilməlidir.
Pomidor becərilməsində, xüsusilə istixana şəraitində ən vacib proseslərdən biri əkin yerinin havalandırılmasıdır. Havanın nisbi rütubəti optimal şərtlərin altına düşərsə, səmərəliliyə və keyfiyyət itkisinə səbəb olur. Bunun üzərinə qalxarsa, xəstəlik və zərərvericilərin sıxlığı artır.
Pomidorun qulluq qaydalarından biri də cərgələrarasını seyrəltməkdir. Birbaşa toxum əkilməsində cərgələrarası seyreltmə prosesi aparılır. Bu proses toxumlarla səpin zamanı daha az aparılır. Pomidor becərilməsində sıra arasındakı məsafə 2540 sm olmalıdır. Toxumlar birbaşa tarlaya əkdikdən sonra, iqlim şəraitinə görə suvarma edilir. Suvarma birbaşa toxum əkinindən sonra çiləmə şəklində aparılmalıdır. Beləliklə, torpaq vahid qaydada suvarılır. Suvarma zamanı toxum sürüşdüyünə görə cücərmir. Bu səbəbdən əkin sahəsinə birbaşa toxum səpildikdən sonra suvarma üçün bir çiləmə sistemi tətbiq olunmalıdır.
Pomidor əkinində dibdoldurma çox vacib işlərdən sayılır. Vegetasiya müddətində ən azı 2-3 dəfə cərgə və bitkiaralarının torpaqları yumşaldılıb bitkilərin dibi doldurulmalıdır. Dibdoldurma nəticəsində bitkidə əlavə kök sistemi yaranır, qidalanma güclənir, bitkinin yerə yatması azalır. Bitkilərin qidalanması torpağın yumşaldılması ilə əlaqələndirilir. Alaq otları ilə mübarizə 2 dəfə normal aparılmaqla yerinə yetirilməlidir. Alaq otları ilə sirayətlənmə nəticəsində xəstəliklərin və zərərvericilərin artması müşahidə olunur. Alaq otları ilə mübarizə xəstəlik və zərərvericilərə qarşı profilaktiki mübarizə deməkdir. Bundan əlavə, alaq otları bitkinin inkişafına mənfi təsir göstərir və onun inkişafını ləngidir, ömrünü qısaldır.Bitkilərə normal qulluq edildikdə və sortun xüsusiyyətindən asılı olaraq cücərmədən 120-130 gün sonra məhsul yetişməyə başlayır.