AQTA yanında İctimai Şura üzvləri Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə tanış olublar
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.
Görüşdə institutun fəaliyyət istiqamətləri, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik, keyfiyyət göstəriciləri üzrə aparılan müayinə və analizləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, institutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb, seçilmiş potensiallı kadrlar təlimə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Görüş zamanı laboratoriyalarda müayinələrin beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirildiyi qeyd olunub.
Görüşdə AQTA yanında İctimai Şuranın üzvlərinə institutda aparılan elmi araşdırmalar və keçirilən təlimlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
BİZƏ ABUNƏ OLUN
Sizi maraqlandıran mövzuları seçin