"AzGübrə" Toxum sərgi-satış yarmarkasında iştirak etdi.

20 August 2022

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 18.08.2022 tarixində Şəki, 20.08.2022 tarixində isə İsmayıllı şəhərində ‘Toxum Sərgi-Satış Yarmarkası’ uğurla yekunlaşdı. 

Sərgidə bir çox şirkətlərlə yanaşı AzGübrə şirkəti tərəfindən də taxıl toxumları nümayiş olundu. ‘AzGübrə’ şirkəti olaraq ‘İsmayıllı Aqropark’-ın istehsal etdiyi 200 hektara yaxın ərazidən əldə edilmiş dərmanlanmış, sertifikatlı arpa və buğda toxumlarımız haqqında məlumatı Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubova, Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova, və Millət vəkili Cavanşir Feyziyevə təqdim etdik.

İsmayıllı şəhərində isə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahmud Süleymanova, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyeva şirkətimizin taxıl toxumları haqqında geniş məlumat verilmişdir. Həmçinin toxumlarımız ilə yanaşı "AzGübrə" mağazalarında satışda olan bitki mühafizə preparatları və gübrələr ziyarətçilərin böyük marağına səbəb olmuşdur 

Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.

Əlavə olaraq,qeyd edək ki, toxum sərgi-satış yarmarkasının Azərbaycan Respublikasının 7 şəhərində keçirilməsi planlaşdırılmışdır.

 Stendsergidərmansergi  sergi

 

BİZƏ ABUNƏ OLUN

Sizi maraqlandıran mövzuları seçin