Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib

18 November 2021

Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İsrail Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi, İsrail İxrac İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər.

Kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətində “BUTA GROUP” şirkətinin təsisçi direktoru Bəşir Quliyev də iştirak edib.

Biznes forumda Azərbaycan və İsrailin kənd təsərrüfatı potensialına həsr olunmuş təqdimatlar keçirilib. Forum Azərbaycan və İsrail iş adamlarının ikitərəfli görüşləri ilə davam edib.

Nümayəndə heyəti səfər çərçivəsində “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində də olub. Mərkəzdə keçirilən görüş zamanı iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

BİZƏ ABUNƏ OLUN

Sizi maraqlandıran mövzuları seçin