Üzümün suvarma prosesi necə həyata keçir?
Suvarma, üzüm kökünün dərinliyindəki çatışmayan nəmi süni şəkildə tamamlamaq və torpağın məhsuldarlığına və quruluşuna zərər vermədən mövcud nəmi optimal səviyyədə saxlayır. Yağış intensivliyi nizamsız və yetərli deyilsə, üzüm bağlarında mütləq suvarma aparılmalıdır.
Tənək suya çox tələbkar olub, məhsulun formalaşması dövründə suyun çatışmamasına çox həssas bitkidir. Bunun nəticəsidir ki, suvarılan üzümlüklərin məhsuldarlığı çox yüksək olur. Ona görə də dəmyə şəraiti ilə müqayisədə suvarma şəraitində hər il hektardan 200-250 sentner, ayrı-ayrı üzümlüklər isə 350-400 sentner və daha çox məhsul ala bilirlər. Tənək suvarmaya çox tələbkar olduğu kimi güclü kök sisteminə malik olduğundan, eyni zamanda quraqlığa davamlı bitki sayılır.
Üzümün normal böyüməsi və inkişafı üçün kök dərinliyindəki nəmlik daim təmin olunmalıdır. Nəm miqdarı düşdükdə, üzümdə fasiləsiz bir solma olur, hətta kökləri ətrafında su olsa da, canlana bilmir, bud a üzümdə stress əlamətlərinin görünməsi ilə nətcələnir. Üzümün kök zonasında kifayət qədər nəm olduğu müddətdə bu hadisələr normal inkişaf edəcəkdir. Ancaq yuxarıda qeyd edildiyi kimi, kök dərinliyindəki nəmlik kifayət qədər olmazsa, üzümdə aşağıdakı simptomlar görülür:
Suvarmanın əsas məqsədi üzümdəki vegetativ və generativ inkişaf baxımından bir tarazlığı təmin etmək üçün lazımi miqdarda və doğru zamanda istehlak edilən suyu bi araya gətirməkdir.
Respublikanın suvarılan aran rayonlarında üzümlüklər 6-7 dəfə, dağətəyi suvarılan zonalarda isə 4-6 dəfə suvarılmalıdır. Birinci suvarma tumurcuqlar açılana qədər (mart-aprel aylarında) ikinci suvarma çiçəkləmədən əvvəl (mayda), üçüncü suvarma gilələr əmələ gəldikdən sonra (iyun), dördüncü və beşinci suvarma gilələrin böyümə dövründə (iyul-avqust aylarında), altıncı suvarma məhsul yığımına 16-20 gün qalmış, yeddinci suvarma məhsul yığımından sonra aparılmalıdır. Hər hektara su norması orta hesabla 800-1200 m3 təşkil edir. Suvarma əsasən şırım üsulu ilə aparılmalıdır.