Karyera

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir. Bu məqsədi rəhbər tutaraq İnsan Resurslarının idarə edilməsində ən müasir metodları və beynəlxalq təcrübəni tətbiq edirik.

İşçilərin motivasiyasının artırılması, bilik və bacarıqlarının dəyərləndirilməsi istiqamətində peşəkarlıq səviyyəsinə uyğun tərəfimizdən daim qiymətləndirmə aparılır. Eyni zamanda korporativ münasibətlərin inkişafı, hər kəsə bərabər mühitin yaradılması da öncəliklərimiz arasındadır.

ВАКАНСИИ

Развитие молодых специалистов

“Gənclər gələcəyimizdir” prinsipi ilə yola çıxaraq gənc mütəxəssislərin inkişafına İnsan Resursları idarəetməsinin bir tərkib hissəsi olaraq xüsusi diqqət ayırırıq. Respublikamızın demoqrafik inkişafında gənclərin mühim rol oynaması şirkətimizin də gənc mütəxəssislərin yetişdirilməsində fəaliyyət sxeminin hazırlanmasına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, hal-hazırda şirkətimizdə çalışan əməkdaşların orta yaş həddi 30-dur. Gənclərimizin öz bilik və bacarıqlarını daha da təkmilləşdirməsi üçün təşkil etdiyimiz təcrübə proqramları, gənclərin motivasiyasının artırılması üçün stimullaşdırıcı tədbirlər planı, kənd təsərrüfatı sektorunda öz sözünü demiş şirkət olaraq onlara həm istehsal, həm də xidmət sahələrimizdə müxtəlif vəzifələr verməklə etimadımızı bir daha göstərmiş oluruq.

Корпоративная культура

Zamanın sınağından keçmiş korporativ mədəniyyət sistemimiz əməkdaşlarımız arasından bölünən dəyər, loyallıq, etimad və davranış ünsürlərini özündə cəmləşdirir. Şirkət idarəetmə strategiyasının önəmli hissəsi olan korporativ mədəniyyət sayəsində əməkdaşlarımız öz hüquq və öhdəliklərini daha yaxşı bilir, məhsuldar fəaliyyət göstərir, özlərində əsl komanda ruhunu əks etdirirlər. Əməkdaşlarımızın şirkətə olan loyallığı, dəyərlərinə hörməti, qarşılıqlı maraqların qorunması korporativ mədəniyyət tədbirlərimizin bariz nümunələrindəndir. Şirkətimizin daxili korporativ mədəniyyəti birbaşa onun imicinə təsir göstərərək reputisayamızı formalaşdırır. Sıx korporativ mədəniyyət sistemimizdə - əməkdaşlarımızın hüquq və haqlarının qorunması, müasir ofis şəraitinin yaradılması, kompüter sistemi ilə təchizat, asudə vaxtlarının komanda şəklində səmərəli dəyərləndirilməsi, onların mənəvi çətin zamanlarında şirkət tərəfindən dəstək ilə öhdəmizə düşənləri yerinə yetirməyə və maraqların qarşılıqlı qorunmasına çalışırıq.