Kartofun iqlim və torpaq şəraitində tələbləri
Kartof dünyada, eləcə də ölkəmizdə ən çox yayılan və becərilən kənd təsərrüfatı bitkilərindən biridir. Kartofun məhsuldarlığı və becərilmə texnologiyası onun iqlim və torpaq şəraitinə görə dəyişir.
Kartof mülayim və sərin iqlim bitkisi hesab olunur. Kartof yetişdirmə mövsümü boyunca orta hesabla 15- 18 oC istilik tələb edilir. Bununla yanaşı inkişaf prosesinə gün uzunluğu və işıq intensivliyi də təsir edir. Xüsusilə bitki inkişafının ilk mərhələlərində, -2 oC temperatur qısa bir müddətdə bitkini dondura bilər. Yaz mövsümündə baş verən donmalar bitki üçün daha təhlükəli hesab edilir. Gecə tempraturu da bitkinin yetişməsində kritik amildir və optimal səviyyə 10-14 dərəcə arasındadır. Əkin üçün torpaqda +8 dərəcə tempratur tələb olunur. Əgər torpağın tempraturu qeyd olunan dərəcədən aşağıdırsa əkinin təxirə salınması faydalı olar. Torpaq tempraturun 20 dərəcənin üzərində olması kartof yumrusunun inkişafına mənfi təsir göstərir.
Kartof bitkisi bir çox bitkiyə nisbətən quraqlığa daha az dözümlüdür. Bitki tərəfindən alınan suyun çox az hissəsi birbaşa ekstraksiya üçün istifadə edilsə də, əksəriyyəti, xüsusən isti dövrlərdə buxar yolu ilə bitki daxilində üzvi birləşmələr və mineral maddələrin daşınması üçün istifadə olunur. İnkişaf mərhələsində 300-450 mm-lik yağış və ya buna bərabər suvarma tələb olunur. Kartof bitkisi havanın rütubətini də sevir, havanın rütubətinin 70% və ya daha çox olduğu bölgələrdə yaxşı inkişaf edir və məhsuldar nəticə əldə olunur. Kartof quru və davamlı əsən küləkləri sevmir. Bu küləklər nəm itkisinə səbəb olduğundan bu cür hallarda suvarmaya diqqət yetirilməlidir.
Günün uzunluğunun kartof yumrularının əmələ gəlməsində təsiri böyükdür. Kartof üçün gündə 12 saat və ya daha çox gün uzun, 10 saat və ya daha az qısa gün neytral gün sayılır. Qısa gün və nisbətən aşağı temperatur yumru bağlamağa təkan verir. Bu təsir gec yetişən sortlarda daha çox olduğundan bu cür sortlar belə şəraitdə daha erkən davranır. Kartof bitkisinin fotosintez sürəti isə işıq intensivliyi ilə artır.
Kartof bitkisinin kök sistemi zəif olduğundan dərin profilli, yumşaq, şişmiş, yaxşı isidilmiş və süzülmüş torpaqlarda daha məhsuldar olur, hamar və keyfiyyətli məhsul verir. Ağır torpaqlar isə kök inkişafının qarşısını alır və kök yumrularını çürüyür. Kartof torpaq reaksiyasının neytral və az asidik olduğu şəraitdə daha yaxşı inkişaf edir. Kartof, xüsusilə yüngül torpaqlarda əkilə bilən ən yaxşı bitkilərdən biridir.
Kartof bitkisi özündən sonra əkiləcək bitkiyə təmiz və havalandırılmış bir torpaq qoyur. Bununla yanaşı, hər il ardıcıl olaraq eyni sahəyə kartof əkmək tövsiyə edilmir. Çünki bir çox kartof xəstəliyi torpaqda uzun müddət yaşaya bilər. Kartofun ardıcıl əkildiyi sahələrdə torpaqdan keçən xəstəliklərin intensivliyi hər il artacağından, kartof məhsuldarlığı da hər il azalır. Bu səbəbdən hər il eyni sahəyə kartof əkilməməlidir. Kartof yetişdirildiyi bölgələrdə şəkər çuğunduru, günəbaxan, dənli və paxlalı bitkilərlə çox ideal bir əkin dövriyyəsi yarada bilər.