Məhsuldar nəticə üçün qarğıdalıya qulluq şərtdir!

17 February 2021

Məhsuldar nəticə üçün qarğıdalıya qulluq şərtdir!

Qarğıdalı əkildikdən sonra yüksək məhsuldarlığa nail olmaq üçün əsas şərt aqrotexniki qulluq proseslərini düzgün şəkildə yerinə yetirməkdir.

Qarğıdalı əkinin əsas qulluq tədbirləri aşağıdakılardır:

  • Seyrəltmə
  • Kətmənləmə  
  • Dibdoldurma
  • Gübrələmə
  • Alaq otlarına qarşı mübarizə
  • Suvarma

Seyrəltmə

Seyrəltmə əgər əkində köhnə, ənənəvi mexanikalardan istifadə olunursa, bitkinin boyu 8-10 sm olduqda əvvəlcə zəif, xəstə və zədələnmiş bitkiləri təmizləyərək edilməlidir. Səpin zamanı həssas səpin maşınlarından istifadə edildikdə  isə çox zaman seyrətməyə ehtiyac duyulmur. Qarğıdalı bitkisində əkin sıx aparılıbsa  çıxışdan təxminən 10-15 gün sonra (qarğıdalının 4-5 yarpaq fazasında) seyrəltmə aparılmalıdır.  Seyrəltmə işi  tez bir  müddətdə keçirilməlidir, çünki bu iş gecikdikdə  məhsuldarlıq enə bilər.

Kətmənləmə

Kətmənləmə qarğıdalı becərilməsinin aparıldığı sahədəki alaq otlarının miqdarından asılı olaraq edilir. Birinci kətmənləmə bitkilərin 10-15 sm hündürlüyündə, ikinci kətmənləmə isə bitkilərin 40-50 sm hündürlüyündə olduğunda, dibdoldurmə və gübrələmə ilə birlikdə edilir.  Kətmənləmə torpağı qabardaraq torpaqdan buxarlanma ilə su itksinin azalmasını və alaq otlarının mexaniki olaraq yox edilməsini təmin edir.

Dib doldurma

Qarğıdalı bitkisində dib doldurma dəstək köklərin torpaqla təmas yaratması üçün aparılır. Dəstək kökləri bitkinin torpaqdan fosfor və digər qida maddələrini alması və onun yatmağa qarşı dayanıqlılığını təmin etmək üçün önəmli rol oynayır. Dib doldurma bitkinin hündürlüyü 40-50 santimetr olduğu zaman (bitkinin 8-10 yarpaq fazasında) və ikinci azot gübrəsinin verilməsi ilə bərabər tətbiq olunur. Dib doldurma əllə (kətmən vasitəsi ilə) və ya maşınlarla həyata keçirilir.

Alaq otlarına qarşı mübarizə

Qarğıdalı yetişdirmə dövrünün ilk ayında alaq otlarına qarşı mübarizə çox vacibdir və bu prosesin tətbiqi ilə bitki 20-30%  daha çox məhsul verə bilər. Sürətlə böyümə qabiliyyətinə sahib olan alaq otları, xüsusən ilk inkişaf dövründə faydalı tarla sahəsini əhatə edərək qarğıdalı bitkisinin inkişafının qarşısını alır və  bitki qidalarına əhəmiyyətli dərəcədə zərər verir. Qarğıdalı bitkisinin boyu 30-40 sm olduqda, kölgə salmaqla digər alaq otlarının inkişafının qarşısını alır.

Alaqlara qarşı mübarizə mədəni tədbirlər, mexaniki və kimyəvi üsullarla həyata keçirilir.

Alaq otlarına  qarşı mədəni mübarizə:

  • Tərkibində alaq toxumu olmayan təmiz toxumlardan istifadə edilməlidir.
  • Mümkün qədər növbəli əkin aparılmalıdır.
  • Sahə sərhədlərində mövcud olan   alaq otları ilə də mübarizə aparılmalıdır.

Mexaniki üsulla mübarizə:

  • Qarğıdalı bitkiləri 50 sm oluncaya qədər qaz kultivatorla  cərgələri 2-3 dəfə  işləmək lazımdır. Bu proses həm də torpaqdakı kapilyar adlanan buxarlanma borularını qırmaq baxımından da  çox vacibdir.
  •  İşçi qüvvəsi uyğun olarsa, sırada qalan alaq otları maşından sonra sonra əl ilə təmizlənməlidir.

Kimyəvi üsulla mübarizə:

  • Qarğıdalı əkinçiliyində alaq otlarına qarşı ən qənaətli  mübarizə alaq otu  pestisidləri ilə aparılır. Alaq otlarına görə seçilən dərmanlar istifadə xüsusiyyətlərinə görə əkindən əvvəl, əkindən sonra və ya ortaya çıxdıqdan sonra tətbiq oluna bilər. Əkindən əvvəl qarğıdalı əkinçiliyində istifadə olunan dərmanlar 10-12 sm dərinlikdə  kultivasiya ilə torpağa yaxşıca qarışdırılmalıdır.
  • İstifadə olunan dərman dozaları yüngül qumlu torpaqlarda bir az aşağı tutulmalıdır.
  • Yabanı ot dərmanının tətbiqi təxirə salınarsa, qarğıdalı bitkiləri zədələnə bilər və alaq otlarına qarşı yaxşı mübarizə aparıla bilməz.