Pambıq bitksinin düzgün gübrələmə qaydaları
Pambıq bitkisi gübrələrə tələbkardır. Pambıq bitkisinin torpaqda olan azotdan istifadə əmsalı 50 faizə, fosfor üzrə 15-20 faizə, kalium üzrə 65-70 faizə bərabərdir. Buna görə də azot və fosfor gübrələrini bitkilərin tələb etdiyi miqdardan çox vermək məsləhət görülür. Verilən gübrələrin səmərəliliyi azotla fosforun düzgün nisbətindən xeyli asılıdır. Pambıq əkilən rayonların torpaq tipi çox müxtəlifdir. Belə müxtəlif torpaqların özünəməxsus müxtəlif qida rejimi olduğundan burada əkilən pambığın gübrələnmə sistemi də müxtəlif olmalıdır. Gübrə normalarını torpaq xəritələrinə əsasən təyin etmək lazımdır. Yəni sahələrə verilən gübrələrin normalarını hesablayarkən torpaqda olan qida maddələrinin miqdarını da nəzərə almaq lazımdır. Vegetasiya dövründə pambıq bitkisinin qida maddələrinə olan ehtiyacını adi gözlə də müəyyən etmək olar. Bunun üçün pambıq bitkisində müxtəlif qida elementlərinin çatışmazlığının əlamətlərini bilmək lazımdır.
Azotlu gübrələmə
Səmərəlilik və keyfiyyətdə təsirli bir elementdir. Ammonium nitrat, ammonium sulfat və karbamid pambıqçılıqda istifadə olunan azotlu gübrələrdir. Ən sürətli təsir gücünə malik azot gübrəsi ammonium nitratdır. Azot çatışmazlığında bitki böyüməsi yavaşlayır, yarpaqlar saralır və büzülür. meyvə budaqları qısalır.Həddindən artıq azot tətbiqində isə daha çox budaq və yarpaq əmələ gəlir. Eyni zamanda bitkinin xəstəliklərə və zərərvericilərə həssaslığı artır, bununla da məhsul gecikir. Pambıq bitkisi çiçəkləmə zamanı ehtiyacı olan ümumi azotun 60-65% -ni alır. Bitkidə çiçəkləmə və barama meydana gəlməsi dövrü azot çatışmazlığına qarşı ən həssas dövrdür. Azot gübrəsi normasının üçdə bir hissəsi səpinqabağı becərmədə,qalan hissəsi ikinci və üçüncü kultivasiyada yemləmə kimi bərabər verilməlidir.Birinci yemləmə zamanı azot gübrəsi cərgələrdən 10-12 santimetr aralı olmaqla 8-10 santimetrdərinliyə, ikinci yemləmə zamanı 60 santimetrlik cərgəarasının ortasına, 90 santimetrlik sxemdə cərgədən 25-30 santimetr aralı verilməlidir. Dərinlik 12-15 santimetr olmalıdır. Azotlu gübrələr tətbiq edildikdən sonra torpaqla qarışdırılmalıdır. Əks təqdirdə, qaz halında azot itkisi baş verə bilər. Azot çatışmazlığının simptomları:
Fosforlu gübrələmə
Fosfor hüceyrənin bölünməsi, hüceyrədə enerji ötürülməsi, kök böyüməsi, çiçək və meyvə əmələ gəlməsi, məhsuldarlıqd təsirli olan vacib elementdir. Torpaqda möhkəm qaldığı və yuyulmadığı üçün həddindən artıq fosfor gübrəsinin tətbiqi torpağın çirklənməsinə və bəzi elementlərin (dəmir, maqnezium, kalsium və alüminium) bitki tərəfindən alınmamasına səbəb ola bilər. Fosfor gübrəsinin illik norması təsiredici maddə hesabı ilə 90-100 kiloqram nəzərdətutulur. Bu normanın 60 faizi əsas şumaltına, qalan hissəsinin yarısı səpinlə birlikdə, digər yarısı isə qönçələmə fazasının əvvəlində verilməlidir. Aparılmış təcrübələrlə sübut olunmuşdur ki, kalium gübrəsi normasının hamısını əsas şumaltına, yaxud qönçələmə fazasının əvvəlində vermək məsləhətdir. Barama dövrü, pambığın fosfora ən çox ehtiyac duyduğu dövrdür. Bu dövrdə fosfor çatışmazlığı toxum (pambıq toxumu) əmələ gəlməsini azaldır. Fosfor çatışmazlığının əlamətləri yarpaqlarında hiss olunur. Belə ki, köhnə yarpaqların rəngi əvvəlcə bənövşəyi, daha sonra qırmızıya çevrilir, sonrakı dövrlərdə isə yarpaqlar tamamilə quruyur.
Kaliumlu gübrələmə
Azot və fosfordan sonra torpaqda pambıq
bitkisinə daxil olan ən mühüm elementlərdən biri də kaliumdur. Pambıq bu qida maddəsinə də tələbkardır. Pambıqda ilk inkişaf dövründən 2-3 əsl yarpaq əmələ gələnədək kalium azotdan az tələb olunduğu halda inkişafının axırlarına doğru kaliuma tələbat azota olan tələbatı ötüb keçir.Kalium çatışmazlığı pambıqdakı lif keyfiyyətini azaldır, xəstəlik faktorlarına qarşı müqaviməti azaldır. Bitkinin ən çox kaliuma ehtiyac duyduğu vaxt barama dövrüdür. Bitki tərəfindən kalium qəbulu inkişaf mərhələlərinə görə dəyişir və ən yüksək kalium qəbulu çiçəkləmə dövründə baş verir. Kalium çatışmazlığını göstərən simptomlar: