QARĞIDALININ GÜBRƏLƏMƏ QAYDALARI

17 February 2021

QARĞIDALININ GÜBRƏLƏMƏ QAYDALARI

Qarğıdalıdan yüksək məhsuldarlıq əldə etmək üçün üzvi və mineral gübrələrin istifadəsi həlledici əhəmiyyətə malikdir. Qarğıdalı böyümənin və inkişafın ilk ayında qida maddələrinə çox ehtiyac duyur. Qarğıdalı əkinləri aparılacaq sahələrdən ilkin olaraq torpaq analizləri aparılmalıdır və torpaqdakı qida maddələrinin tərkibi öyrənilməlidir Daha sonar tələbata görə torpağa gübrələr verilməlidir. Ümumən qarğıdalı bitkisinin hər 100 kiloqram dən əmələ gətirməsi üçün təqribən 2.5 kiloqram azot, 1 kiloqram fosfor, və 1.5 kiloqram kalium gübrəsinə ehtiyacı var.

 

Azotlu Gübrələr:

İstehsalçılar tərəfindən daha çox istifadə olunan azotlu gübrələr Ammonium sulfat , Karbamid  və Ammonium nitratdır. Bu gübrələrin hamısı bitkinin ehtiyac duyduğu azotu təmin etməsinə baxmayaraq, torpağın turşuluğunu təsirsiz hala gətirmək üçün duzlu və ya qələvi torpaqlarda ammonium sulfata üstünlük verilməlidir. Eyni zamanda torpaq turşuluğunu neytrallaşdırmaq üçün karbamid və ya ammonium nitrat digər neytral və ya asidik torpaqlarda istifadə edilməlidir. Azotlu gübrələr torpaqdan müxtəlif yollarla itirildiyindən, hər il müntəzəm olaraq  torpağa verilməlidir. Qarğıdalı bitkisindən  yüksək dənli məhsul əldə etmək üçün aparılan gübrə testləri nəticəsində quru şəraitdə 8-10 kq / ha, sulu şəraitdə 16-18 kq / da azot kifayətdir. Bu baxımdan bu azotlu gübrə dozaları, gübrəyə verilən pul və tarladan alınan məhsulun gəliri  iqtisadi olaraq qiymətləndirilir və ən qənaətcil doz istehsalçıya tövsiyə olunur.

Fosforlu  Gübrələr:

Üçqat superfosfat  qarğıdalı becərilməsində ən çox istifadə olunan gübrədir, çünki tərkibində yalnız fosfor var. Torpaq analizi nəticəsində bu gübrəyə ehtiyac olarsa, əkilmədən əvvəl torpağa qarışdırılmalıdır. Təsiredici maddə hesabı ilə hektara 7-8 kiloqram fosforlu gübrənin verilməsinin məhsuldarlığa yaxşı təsir etdiyi məlumdur. Torpağa verilən fosforun bitkilər tərəfindən alınmayan hissəsi torpaqda yığılır. Başqa sözlə, fosforun torpaqdan yağış suyu ilə yuyulması çox nadirdir. Bu səbəbdən, hər il torpaq analizi olmadan lazımsız fosfor gübrəsi istifadəsindən və lazımsız xərclərdən qaçmaq lazımdır.

Kalium gübrələri:

Torpaq analizinin nəticələrinə əsasən, tövsiyə edilmədiyi təqdirdə kalium gübrələrindən istifadə etmək lazım deyil. Torpaqda kaliuma ehtiyac varsa, gübrələmə kalium sulfat  gübrəsi ilə əkindən  əvvəl və ya əkin zamanı edilə bilər.

Kompleks (Qarışıq) Gübrələr:

Qarışıq gübrələr azot, fosfor və kaliumun müəyyən nisbətlərdə qarışdırılması ilə hazırlanır. Hər il qarışıq gübrələrin istifadəsi nəticəsində bəzi istehsalçı sahələrdə artıq fosfor meydana gəlir. Buna görə də, torpaq analizi nəticəsində fosfor gübrəsinə ehtiyac qalmazsa, qarışıq gübrələr əvəzinə digər azotlu gübrələrin istifadəsi daha səmərəli hesab edilir. Torpağın ehtiyacına görə qarğıdalı əkinləri altına kompost gübrələr də verilə bilər. Əgər torpağın fosfora ehtiyacı varsa 20:20:0 (N20P20K0) və ya 18:46:0 kompleks gübrəsi əkin qabağı və ya əkinlə 1 hektara 30-35 kiloqram hesabı ilə istifadə olunur.