Soya bitkisinin suvarılma qaydaları

17 February 2021

Soya bitkisinin suvarılma qaydaları

Soya bitkisinin  vaxtında  kifayət qədər suvarılması  məhsula müsbət təsir göstərəcəkdir. İlk suvarma bitki hündürlüyü 8-10 sm olduqda edilir. İlk su gec verilərsə, bitki hündürlüyü qısalacaq  və bu vəziyyətdə məhsul itkisi səbəbindən məhsulda azalma qaçılmazdır. İkinci suvarma ilk çiçəklər görünməyə başlayanda edilir. Üçüncü suvarma isə qabıqlar şişməyə başlayanda edilir. Dördüncü suvarma lazım gələrsə, üçüncü suvarmadan 10-15 gün sonra aparılır.

Soyanın  inkişaf dövründə suyun ən çox tələb olunduğu dövr çiçəklənmə və xüsusən də qabıq meydana gəlməsi dövrüdür. Bu səbəbdən suvarma vaxtlarını qaçırmamaq lazımdır. Yarpaqların qırışmasından və solğunluğundan suvarma vaxtının gəldiyi anlaşılır.  Soya toxumları cücərmək üçün çəkilərinin 50 faizini torpaqdan götürməlidir. Bu səbəbdən soya əkin ediləcək torpaq kifayət qədər nəmə  sahib olmalıdır . Soya bitkisi ən çox suyu çiçəkləmə  dövründə  istehlak edir. Çiçəklənmə və meyvə  əmələ gəlmə dövründə bitki susuzluq stresindən keçərkən çiçəklərini və meyvələrini tökür. Soya bitkisi  qabıq doldurma dövründə ümumi su ehtiyacının 65-75% -ni istifadə edir. Bu dövr ərzində bitki susuzdursa, toxum kiçik və zəif qalır. Soya bitkisinin su istehlakı hava istiliyinə, küləyin əsməsinə (şimal-qərb) və torpaq quruluşuna görə dəyişir.  İlk suvarmadan sonra hava şəraitinə görə  bu proses 3-5 dəfə 12-15 gün arayla aparılır.

Soya üçün ilk suvarma vaxtı kimi, son suvarma müddəti də çox vacibdir. Son suvarma, bitkilər bir az saralmağa başladıqda və ya ən yuxarı düyündəki qabığın ucuna barmaqla basıldığında barmağınızı incitəcək şəkildə sərtləşdikdə edilməlidir. Son suvarma gecikdikdə və ya edilmədikdə, yuxarı hissədəki toxumlar inkişafını tamamlaya bilməz və məhsulda 20-30% azalma baş verir. Bundan əlavə, son suvarma erkən aparılsa  xəstəliklərin, xüsusilə kömür çürüməsinin zərərli təsirləri artır.