Balaton

Balaton

Azərbaycanın Samux və Ceyrançöl ərazilərinin torpaq iqlim şəraitində orta tez yetişən, alçaq boylu, yerə yatmayan sortdur. Qışa yüksək, quraqlığa orta davamlılığı ilə xarakterizə olunur. Avstriyanın Probstdorfer Saatzucht toxumçuluq kompaniyası tərəfindən yaradılmışdır. Lütescens növ müxtəlifliyinə aiddir. Sortun müəllifi Dr. Franziska Loschenbergerdir. Suvarma şəraitində yüksək məhsuldar intensiv sort hesab edilir. 2020-ci ildə 251 hektardan orta məhsuldarlığı 7,6 ton/ha təşkil etmişdir. Bəzi pivot sahələrində məhsuldarlıq 8,6 ton/ha olmuşdur. Sort çörək bişirmə xüsusiyyətlərinə görə qiymətli hesab edilir.

Yetişmə qrupu: Orta tez yetişən

Vegetasiya müddəti (səpin-yiğım): 220-230 gün

Bitkinin hündürlüyü: 70-80 sm

Quraqlığa davamlılığı: Orta

Qışa davamlılığı: Yüksək

Faktiki məhsuldarlığı (Samux-Ceyrançöl əraziləri): 6-7 ton/ha

Potensial məhsuldarlığı: 10-12 ton/ha

Səpin norması: 3.8-4,2 milyon cücərən toxum/ha

Əkin vaxtı: Oktyabrın 2-ci və 3-cü ongünlüyü