Ammofos 2022

Məlumat

Ammofos əkinçilikdə istifadə olunan fosfor gübrələrinin ən təsirli növlərindən biri olub bitkilərin inkişafının müxtəlif mərhələlərində istifadə olunur. Mineral gübrələrə daxil olan Ammofos sənaye şəraitində amfosforik turşuya ammiak əlavə edilərək əldə edilir. Ammofosun tərkibində 52% fosfor və 12% azot var. Gübrənin tərkibindəki fosfor suda asanlıqla həll olunur və bitki tərəfindən tez mənimsənilir. Azot isə bitkinin tez böyüməsinə, xlorofilin və proteinin əmələgəlməsinə kömək edir. Ammofos bitkinin kök sistemini gücləndirir və məhsuldarlığını artırır.

Tətbiq qaydaları

Torpağa Ammofos verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər komponentə (azot, fosfor) ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz edilir, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.

Təhlükəsizlik qaydaları

Ammofos təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Ammofos paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin)  həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Ammofosu +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.

Ammofosu istifadə edərkən vacibdir:

  1. Dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq
  2. Havakeçirməz torbalarda saxlamaq

 

Məhsulun tərkibinin vərəqəsi (pdf) download