Ammonium Nitrat / Azot
Nitratlı gübrələr içində tərkibində ən çox azot olan gübrədir. Ammonium Nitrat adından da göründüyü kimi Ammonium və Nitratın birləşməsindən ibarət olub 16,5% Ammonium və 16,5% Nitrat azotu olmaqla toplam 33% azotdan ibarətdir.
Tərəvəzlərin və meyvələrin formalaşmasına, böyüməsinə, nişastanın və şəkərin toplanmasına, keyfiyyətinə, məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərir.
Torpaqda tez həll olunan gübrə olduğundan bitkilərə sürətli şəkildə təsir edir. Quruluşuna görə neytral olan bu gübrə hər cür torpaq tipində istifadə oluna bilər. Tərkibində nitrat azotunun asanlıqla yuyulması səbəbindən yağış miqdarı yüksək olan dövrlərdə və bölgələrdə istifadəsi tövsiyə edilmir.. Rütubətli bölgələrdə Ammonum Nitrat birdəfəyə deyil, 2-3 dəfə fasilələrlə verilməlidir. Bu gübrə torpağın öz nəmi ilə əriyə bilir.
Tətbiq qaydaları
Torpağa Ammonium Nitrat verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.
Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Çəltik istisna olmaqla bütün növ taxıllarda yemləmə kimi, tərəvəzlərdə, meyvə ağaclarında, bağlarda sulamadan öncə tətbiq olunur.
Təhlükəsizlik qaydaları
Ammonium Nitrat təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Ammonium Nitrat paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Nitroammofoskanı +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.
Ammonium Nitratı istifadə edərkən vacibdir:
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Ammofos 2022 Nitroammofoska 2022 Karbamid Nova Peak MKP Ever Sol - Kalium Sulfat