Nova Peak MKP
ICL şirkətinə məxsus Nova Peak MKP (0-52-34) gübrəsi 52% fosfor 34% kalium tərkibli, yüksək keyfiyyətli, ağ rəngli kristal, tamamilə və tez suda həll olunan fertifikasiya (damlama üsulu ilə) gübrəsidir. Maksimum keyfiyyəti təmin etmək üçün yeni texnologiya ilə hazırlanmış ICL şirkətinə məxsus Nova Peak MKP kalium fosfat gübrəsinin tərkibində çox az natriumun olması fermerlərə istənilən növ məhsulda və istənilən gübrələmə sistemində (damcı suvarma, hidroponika, çiləmə, pivot və ya monokalium fosfat yarpaq spreyi kimi.) istifadə etmələri üçün şərait yaradır. Məhsulun tərkibində qatqıların olmaması hər iki elementin asanlıqla torpaq tərəfindən mənimsənilməsinə imkan verir.
Tətbiq qaydası
Torpağa Nova Peak MKP (0-52-34) saf gübrəsi verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər kalium və fosfora ehtiyacı olduğunu bilmək lazımdır. Torpağın tipi də veriləcək gübrə miqdarı üçün mühimdir. Bunun üçün torpaq analiz olunur, tərkibindəki komponentlərin miqdarı müəyyən olunduqdan sonra tətbiq olunacaq gübrə miqdarı müəyyən olunur.
Nova Peak MKP (0-52-34) gübrəsini əsasən vegetasiya dövründən sonra bitkinin oyanma vaxtında, torpağın istiliyi təxminən 10 dərəcə ikən tətbiq olunmağı məsləhət görülür. Tərkibindəki yüksək fosfor və kalium onu hidrofonikada istifadə etməyə imkan yaradır.
Tövsiyə olunan tətbiq miqdarı 50-80 kq / ha təşkil edir
Təhlükəsizlik qaydaları
Quru şəraitdə saxlayın. İstidən və birbaşa günəş işığından qoruyun.
Oksidləşdirici maddələrdən uzaq saxlayın.
Qələvilərlə (kaustik məhlullarla) birlikdə saxlamayın.
Rütubətdən və sudan qoruyun. Sərin yerdə saxlayın.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Ammofos 2022 Ammonium Nitrat / Azot Nitroammofoska 2022 Karbamid Ever Sol - Kalium Sulfat