Qarabağ 22
Arpa bitkisinin Qarabağ 22 sortu İsmayıllı ərazisindən əldə edilmiş, sertifikatlaşdırılmış tezyetişən, ortaboylu, qılçıqlı sortdur.
Ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub yatmaya davamlıdır. Bitkinin kollanması orta vəziyyətdədir.
Becərilmə bölgələri və sələfləri: Qarabağ düzənliyi, Şirvan bölgəsi , Respublikanın digər suvarılan (duzlaşmaya məruz qalmış) və dəmyə bölgələri üçün becərilməsi təklif olunur.
Səpin müddəti: Optimal səpin müddəti oktyabr ayının ikinci yar ısından noyabır ayının birinci yarısınadək hesab olunur. Səpin norması: Hektara 3,0-3,5 milyon cücərən toxum səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10 % artırmaq olar. Səpin vaxtına riayət etmək mütləqdir! (düzən ərazilərdə oktyabr, dağlıq ərazilərdə isə sentyabr aylarıdır).
Toxumlar Dividend Star ( 30g/Ldifenoconazole + 6.3g/Lcyproconazole) preparatı ilə dərmanlanmışdır
Yetişmə qrupu |
Tez yetişən |
Sünbülün forması |
Qılçıqlı |
Bitkinin hündürlüyü |
65-75 sm |
Potensial məhsuldarlıq |
5-6 ton / ha |
1000 dənin kütləsi |
44-48 qram |
Səpin norması |
180-200 kq /ha |
Vegetasiya müddəti |
193-210 gün |
Cücərməsi |
95 % |
Davamlılıq
Qışa davamlılıq |
Yüksək davamlılıq |
Quraqlığa davamlılıq |
Yüksək davamlılıq |
Yerə yatmaya |
Yüksək davamlılıq |
Pas |
Az rast gəlinir |
Unlu şeh |
Yüksək davamlılıq |
Sürmə |
Yüksək davamlılıq |