Qırmızıgül
2011-ci ildə Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır.. Qılçıqları qısa, dağınıq və tüklüdür. Sortun dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Potensial məhsuldarlığı 7,0-8,0 ton/ha-dır. İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır. Dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə qarşı davamlıdır. Qılçıqları qısadır. Suvarma şəraitinə daha uyğundur. Suvarma şəraitində optimal müddətdə əkilməsi tövsiyə edilir.
Vegetasiya müddəti | 225 gün |
Bitkinin hündürlüyü | 78-84 sm |
Məhsuldarlıq | 6.76 ton/ ha |
Potensial məhsuldarlıq | 7-8 ton/ ha |
1000 dənin kütləsi | 40-46 qram |
Səpin norması |
4.5-5 milyon cücərən toxum/ha suvarmada 4-4.5 milyon dəmyədə və dağətəyi |
Davamlılıq
Qışa davamlılıq | yüksək |
Qonur pas | orta |
Sürmə | yüksək |
Sarı pas | yüksək |