Bibərin düzgün əkin qaydaları

19 February 2021

Bibərin düzgün əkin qaydaları

Bibər bitkisi üçün ən yaxşı sələf kələm, xiyar, noxud və çoxillik otlar hesab olunur. Bibəri münbit, qida maddələri ilə zəngin torpaqlarda əkmək lazımdır. Onun şitilinin becərilməsinə martın birinci ongünlüyündən başlamaq lazımdır.

Bibər əkilən sahə vaxtlı-vaxtında becərilməli, alaqdan təmizlənməli və suvarılmalıdır. Bitkilərə əlavə yemləmə gübrələri verilməli onların dibi yumşaldılmalı, ziyanverici və xəstəliklərə qarşı mübarizə aparılmalıdır. Şitillər cərgəvi üsulla 70x30 sm sxemdə əkilməsi əlverişlidir.

Vegetasiya ərzində hektara 20 ton peyin? 150-180 kq azot, 120-180 kq fosfor, 120-150 kq kalium verilməsi məsləhət görülür. Peyinin 70-80%-ni əsas şum altına, 20-30%-ni isə şitil əkilərkən verilməsi məsləhətdir. Fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-ni şitil sahəyə əkiləndən 15-20 gün sonra, 30%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələgətirmə dövründə vermək lazımdır. Azot gübrəsinin 30%-ni ikinci şum altına, 30%-ni şitil əkiləndən 15-20 gün sonra, 40%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələ gələn dövrdə vermək məsləhətdir.

Şirin bibər sortlarının 1 ha yüksək sort təmizliyinə məxsus əkin sahəsindən 70-100 kq yüksək reproduksiyalı toxum, acı bibər sortundan analoji olaraq 80-150 kq toxum, bir ton şirin bibər məhsulundan 7-10 kq, uyğun olaraq acı bibər məhsulundan 15-18 kq toxum alınır. Acı bibərin toxumluq sahəsi şirin bibər əkilən sahədən ən azı 1000-2000 m məsafə ilə təcrid olunmalıdır.

Bibərin geniş yayılmış xəstəlikləri fuzarioz soluxması, trixomikoz göbələyi hesab edilirlər. 

 

 

BİZƏ ABUNƏ OLUN

Sizi maraqlandıran mövzuları seçin