Bu zərərvericiyə qarşı preparat:
AGSHİNE 50 WG
AGSHINE WG fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma Təşk
Dəmgil
*Göbələk xəstəliyi
Alma dəmgilini törədicisi Venturia purna göbələyidir. Göbələk təkcə meyvələri deyil, bitkinin yarpaqlarını da zədələyir.
İlk olaraq yarpaqların üzərində qonur ləkələr əmələ gəlir. Quruyan yaraqlar sonradan tökülməyə başlayır. Əgər xəstəlik meyvəyə yoluxubsa, meyvədə çatlar yaranır və kiçik, solğun-tünd rəngli ləkələr görsənməyə başlayır. Meyvələr qaldıqca üzərindəki ləkələr, yaralar da inkişaf edir və bitkini heç edir. Xəstəliyin ən böyük təhlükəsi isə meyvənin çürüməsinə şərait yaratmasıdır.
Xəstəliyin inkubasiya müddəti 8-21 gün davam edir. Meyvələrin zədələnməsinə əsasən göbələyin konidiya mərhələsində olan mitseliləri səbəb olur. Meyvənin zədələnmiş yerlərində qonur rəngli xırda dairəvi, yaxud formasız ləkələr əmələ gəlir. Göbələk inkişaf etdikcə bu ləkələr də böyüyür və üzərləri məxməri yaşıl təbəqə ilə örtülür. Meyvənin zədələnmiş yerləri ağaclaşır və çatlar əmələ gəlir. Nisbətən köhnə ləkələr qəhvəyi rəngdə olur. Çürümə xəstəliyindən fərqli olaraq, dəmgil ağacda meyvələrin inkişafı zamanı qorxuludur. Lakin dəmgil ləkələri meyvələrin anbarda saxlandığı dövrdə də inkişaf edib, yayıla bilər. Anbarda isə bu xəstəlik zədələnmiş meyvələrdən sağlamlara keçir.
Xəstəliklərlə mübarizə məqsədilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməlidir. Qışlayan infeksiya mənbəyini məhv etmək üçün bağlarda kimyəvi preparatların istifadəsi zəruridir.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürümə Alternarioz xəstəliyiAGSHINE WG fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma Təşk