Sitosporoz
*Göbələk xəstəliyi
Törədicisi
Sitosporoz göbələk mənşəli xəstəlikdir. Alma ağacının sitosporozu əsasən, bitkinin qabıq hissəsinə təsir edir. Zamanla dərinləşən və getdikcə geniş bir ərazini tutan xəstəlik çox tez inkişaf edir.
Əlamətləri
Əvvəlcə qabığın üzərində tünd rəngli yaralar əmələ gəlir və bu yaralar getdikcə dərinləşir və daha çox sahəyə yayılır. Sitosporoz tez yayılır, rəngi dəyişir və palıdı-qırmızı rəng alır. Nəticədə gövdənin xeyli hissəsinin qabığı məhv olur və budaqlarla birlikdə tökülür.
İnkişaf dövrü
Bəzi xarici təsirlər (zəif və ya ağır torpaqlar, suvarma və qulluq) səbəbindən xəstəlik daha sürətli inkişaf edir və qısa müddətdə ağacı məhv edə bilər.
Nəzarət və mübarizə tədbirləri
Sortların düzgün seçilməsi, bitkiyə düzgün aqrotexniki qulluq, onu günəş və günəş-şaxta yanıqlarından qorumaq yoluxmanın qarşısını almaq üçün zəruri tədbirlərdir. Sitosporoza yoluxmuş budaq və ağaclar bağdan kənarlaşdırılmalı və məhv edilməlidir. Kimyəvi mübarizə məqsədilə profilaktiki mühafizə çiləmələri yazda və payızda aparılır. Bu zaman bitkilər nisbi sükunət fazasında olmalıdır.