Bu zərərvericiyə qarşı preparat:
AGNİCOR SC
AGNİCOR SC Aktiv maddə: 300 g/L Pyrimethanil AGNİCOR SC funqisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək t
Boz çürümə
*Göbələk xəstəliyi
Boz çürümə göbələk mənşəli xəstəlikdir. Bu xəstəliyə günəbaxan səbətlərinin formalaşdığı dövrdə yağmurlu zonalarda rast gəlinir. Xəstəliyin meydana çıxması birbaşa soyuq və rütubətli hava ilə əlaqədardır. Xəstəlik törədicisinin kütləvi çoxalması 12-22 C0-yə qədər temperaturda baş verir, göbələyin sporlarının cücərməsi üçün havanın rütubəti 85-100 % olmalıdır.
Gövdə üzərində xəstəlik saralmış ləkələrlə özünü göstərir. Sonradan həmin ləkələr boz rəngə çevrilir. Günbaxan səbətində isə bozumtum qəhvəyi ləkələr meydana gəlir. Həmin səbət üzərindəki toxumlar əmələ gəlsələr də, toxumların içərisi boş olur. Əgər xəstəlik toxuma da yoluxarsa, toxum boz örtüklə örtülür. Həmin toxumların cücərmə qabiliyyəti olduqca aşağı olur. Cücərti verən toxumların cücərtiləri isə qısa müddətdən sonra inkişafdan qalaraq məhv olur.
Boz çürümə bitkinin böyümə və inkişaf dövründə əmələ gəlir. Əsasən, gövdə, yarpaq və sonda da toxuma keçərək bütün məhsulun keyfiyyətini aşağı salır. Boz çürümə səbəbilə günəbaxan bitkisində məhsul itkisi 50%-ə qədər enə bilər.
Tətbiq olunacaq aqrotexniki tədbirlər səbətlərin normal yetişdirilməsi ilə nəticələnir. Əkin yerinin şumlanması, növbəli əkinin tətbiqi zəruri tədbirlərdən hesab olunur. Bununla bərabər toxumların dərmanlanması da vacib tədbirlərdəndir. Bunun üçün səpinə 1-3 ay qalana qədər toxumlar müvafiq preparatlarla dərmanlanmalıdır.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Alternarioz xəstəliyiAGNİCOR SC Aktiv maddə: 300 g/L Pyrimethanil AGNİCOR SC funqisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək t