Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi

*Göbələk xəstəliyi

  • Törədicisi

Alternarioz çox geniş yayılmış xəstəlikdir və bir çox bitkilərdə müşahidə olunur. Xəstəlik bitkilərin toxumları, gövdəsi, yarpaqlarına yoluxaraq  onları qurudur. Xəstəliktörədicilərin  infeksiya mənbəyi günəbaxanın yoluxub qışlamış qalıqları, toxumlarıdır, eləcə də sahədə qalmış taxıl bitkiləri qalıqlarıdır. Zərərverici bitkinin orqanlarını yoluxduraraq onların vaxtından tez qurumasına səbəb olur və burada zərərli maddələrin toplanması ilə nəticələnir.

  • Əlamətləri

Alternarioz xəstəliyi nəticəsində bitkidə müxtəlif formalı ləkələr əmələ gəlir. Xəstəlik özünü əvvəlcə filqə yarpaqlar, sonra həqiqi yarpaqlar, gövdə və səbətlərdə büruzə verir. Yarpaqlarda sarı ləkələr meydana gəlir.  Gövdə və səbətin arxasında isə  tünd və ya qonur zolaqlar yaranır. Yoluxmuş toxumada rütubətli hava zamanı  tünd və ya zeytuni örtük əmələ gəlir.

  • İnkişaf dövrü

Alternarioz inkişaf və yetişmə dövründə daha intensiv yayılır. Günəbaxanın yoluxması üçün əlverişli şərait rütubətli hava və havanın temperaturunun 15-30 C0olmasıdır. Günəbaxanın alternarioz ilə maksimum yoluxması isə  25-27 C0  temperaturda və 3-4 gün müddətində fasiləsiz rütubətli havada baş verir. Alternarioz günəbaxan bitkisinin vaxtından əvvəl qurumasına səbəb olur, bu isə ciddi məhsul itkisi ilə nəticələnir. Bu xəstəlik orta hesabla 30%-ə qədər məhsul itkisinə səbəb olur.

  • Nəzarət və mübarizə tədbirləri

 Xəstəliklə mübarizədə toxumların dərmanlanması vacib şərtlərdən hesab olunur. Yoluxmanın qarşısını almaq üçün  daha davamlı sort və hibridlərin becərilməsi önəmlidir. Mühafizə məqsədilə günəbaxanın 2-3 ildə eyni torpağa ardıcıl əkilməsi məsləhət görülmür. Çünki torpaqdakı qalıqlar bitkini asanlıqla yoluxdura bilər.

Bu zərərvericiyə qarşı preparat:

BLUEMAX BORDOLEX

BLUEMAX BORDOLEX fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma

Məhsulu gör