AGN-CAPTAN 500 SC
BİTKİ ADI |
ZƏRƏRLİ ORQANİZM ADI |
TƏTBİQ DOZASI |
SON TƏTBİQ İLƏ MƏHSUL YIĞIMI ARASINDAKI MÜDDƏT |
Alma | Dəmgil (Venturia inaequalis) | 150 ml/100 l su | 14 gün |
Armud | Dəmgil (Venturia pirina) | 150 ml/100 l su | 14 gün |
Üzüm | Mildiu (Plasmopara viticola) | 300 ml/100 l su | 28 gün |
Üzüm | Ölü kol (Phomopsis viticola) | 250 ml/100 l su | 28 gün |
Pomidor | Erkən yarpaq yanıqlığı (Alternaria solani) | 300 ml/100 l su | 14 gün |
Sərtçəyirdəkli meyvələr | Sərtçəyirdəkli meyvələrdə yarpaq dəlikliyi (Wilsonomyces carpophilus) | 300 ml/100 l su | 14 gün |
Sitrus meyvələri | Fitoftora (Phytophthora citrophthora) | 300 ml/100 l su | 14 gün |
Pomidor | Fitoftora (Phytophthora infenstans) | 300 ml/100 l su | 14 gün |
Kartof | Fitoftora (Phytophthora infenstans) | 350 ml/100 l su | 14 gün |
AGN-CAPTAN 500 SC fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) standartlarına uyğun istehsal olunur. AzGübrə şirkəti Astranova şirkətinin Azərbaycandakı rəsmi distributorudur. Astranova məhsullarının ISO 9001, ISO 14001, ISO 45001 sertfikatları və AQTA şəhadətnaməsi vardır.
AGN-CAPTAN 500 SC fungisidi üzümdə mildiu (Plasmopara viticola) , Ölü kol (Phomopsis viticola) xəstəliklərinə, almada Dəmgil xəstəliyinə (Venturia inaequalis), pomidorda Erkən yarpaq yanıqlığına (Alternaria solani) sərt çəyirdəkli meyvələrdə yarpaq dəlikliyinə (Wilsonomyces carpophylus) və bir sıra başqa bitkilərdə müxtəlif xəstəliklərə qarşı istifadə olunur.
Qeyd: Küləkli havada, günəşin pik saatlarında istifadə etməyin. Rütubətdən uzaq saxlayın. -5 °C-dən aşağı və +35 °C-dən yuxarı temperaturlarda saxlamayın. Uşaqlardan uzaq tutun. İstifadə edərkən, əlcək, qoruyucu geyim və eynəkdən istifadə edin.