ANTALİA 250 EC

ANTALİA 250 EC fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) standartlarına uyğun istehsal olunur. AzGübrə şirkəti Astranova şirkətinin Azərbaycandakı rəsmi distributorudur. 

Astranova məhsullarının ISO 9001, ISO 14001, ISO 45001 sertfikatları və AQTA şəhadətnaməsi vardır.

ANTALİA 250 EC fungisidi Şəkər çuğundurunda Yarpaq ləkəliyi  və Unlu şeh kimi xəstəliklərə, alma, armud kimi ağaclarda, şaftalı, ərik, gavalı kimi sərt çəyirdəkli meyvə ağaclarında Dəmgil, Alternarioz, Unlu şeh kimi xəstəliklərə, pomidor və kartofda Alternarioz, üzümdə (üzüm yarpaqlarının qida kimi istifadə olunacağı sahələrdə ANTALİA fungisidini tətbiq etməyin) unlu şeh-oidium xəstəliklərinə  qarşı istifadə olunur.

Qeyd: Küləkli havada, günəşin pik saatlarında istifadə etməyin. Rütubətdən uzaq saxlayın.  -5 °C-dən aşağı və +35 °C-dən yuxarı temperaturlarda saxlamayın. Uşaqlardan uzaq tutun. İstifadə edərkən, əlcək, qoruyucu geyim və eynəkdən istifadə edin.

 

Bitki adı

Zərərli

Orqanizm Adı

Tətbiq dozası

Son Tətbiq ilə məhsul yığımı arasındakı müddət

Alma

Dəmgil

(Venturia inaequalis)

10 ml/100 L su

14 gün

Alternarioz (Alternaria mali)

20 m/100 L

21 gün

Unlu şeh (Podosphaera leucotricha)

10 ml/100 L su

14 gün

Armud

Dəmgil

 (Venturia pirina)

10 ml/100 L su

14 gün

Unlu şeh (Podosphaera leucotricha)

10 ml/100 L su

14 gün

  Şəkər çuğunduru

Yarpaq ləkəliyi

(Cercospora beticola)

300 ml/ha

14 gün

Unlu şeh

(Erysiphe betae)

200 ml/ha

14 gün

Pomidor

Alternarioz (Alternaria solani)

300-500 ml/ ha

7 gün

Kartof

Alternarioz (Alternaria solani)

300-500 ml/ ha

7 gün

Üzüm

Unlu şeh- Oidium (Erysiphe necator)

300-400 ml/ ha

10 gün

Sərt çəyirdəkli meyvələr

Dəmgil (Venturia carpophila)

10 ml/100 L su

21 gün