Bitki mühafizə preparatları

AQRONOM MƏSLƏHƏTİ

Bitkilərə herbisid tətbiqinin önəmli detalları hansılardır?

Dərmanlama prosesi sərin vaxtlarda aparılmalıdır. Əsasən axşam, saat 19:00 radələrində və səhərlər temperatur yüksəlməmiş tətbiq olunmalıdır. Çünki, dərmanların tərkibində yandırıcı maddalər mövcuddur və istinin təsirindən bitkinin yanma ehtimalı ola bilər. Eyni zamanda dərmanlar kimyəvi olduğundan isti temperaturda ekologiyaya mənfi təsir göstərə bilər.