STİN 80 WP
STİN 80 WP fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) standartlarına uyğun istehsal olunur. AzGübrə şirkəti Astranova şirkətinin Azərbaycandakı rəsmi distributorudur.
Astranova məhsullarının ISO 9001, ISO 14001, ISO 45001 sertfikatları və AQTA şəhadətnaməsi vardır.
STİN 80 WP fungisidi yumşaq çəyirdəkli meyvə ağaclarında (armud) meyvə yanıqlığı (Erwinia amylovora),pomidorda və sitrus bitkilərində fitoftora, qabaqkimilərdə (xiyar, yemiş), soğanda, sitrus bitkilərində mildiu xəstəliklərinə qarşı istifadə olunur.
Qeyd: Küləkli havada, günəşin pik saatlarında istifadə etməyin. Rütubətdən uzaq saxlayın. -5 °C-dən aşağı və +35 °C-dən yuxarı temperaturlarda saxlamayın. Uşaqlardan uzaq tutun. İstifadə edərkən, əlcək, qoruyucu geyim və eynəkdən istifadə edin.
Bitki Adı |
Zərərli Organizm Adı |
Tətbiq dozası |
Son tətbiq ilə məhsul yığımı arasındakı müddət
|
Armud, alma |
Yumşaq çəyirdəkli meyvə ağaçlarında meyvə yanıqlığı (Erwinia amylovora) |
400 g/100 L su |
14 gün |
Pomidor |
Fitoftora (Phytophthora infenstans) |
250 g/100 L su |
7 gün |
Xiyar, yemiş |
Qabaqkimilərdə mildiu (Pseudoperonospora cubensis) |
200 g/100 L su |
3 gün |
Soğan |
Soğanda mildiu (Peronospora destructor) |
150 g/100 L su |
14 gün |
Sitrus bitkiləri (Limon, Portağal, Greyfrut) |
Sitrus meyvələrində fitoftora (Phytophthora citrophthora) |
200 g/100 L su |
14 gün |
Strus meyvələrində məhsul yığımı sonrası fitoftora (Phytophthora citrophthora) |
300 g/100 L su |
14 gün |
|
Nar |
Kök və kökboğazı çürüklüyü (Phytophthora spp.) |
200 g/100 L su |
14 gün |