SHAOLIN 100 EC
SHAOLIN 100 EC
Aktiv maddə: 100 g/l Alphacypermethrin
SHAOLIN 100 EC insektisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yüksək texnologiyalarla ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) standartlarına uyğun istehsal olunur. AzGübrə şirkəti Astranova şirkətinin Azərbaycandakı rəsmi distributorudur.
Astranova məhsullarının ISO 9001, ISO 14001, ISO 45001 sertfikatları və AQTA şəhadətnaməsi vardır.
SHAOLIN 100 EC insektisidi pambıqda, üzümdə, alma, armud kimi bir çox meyvə ağaclarında, qarğıdalıda, kartofda, şəkər çuğundurunda, buğdada, arpada, günəbaxanda, zeytunda, fındıqda, bir çox tərəvəz bitkilərində zərərvericilərə qarşı istifadə olunur.
Qeyd: Küləkli havada, günəşin pik saatlarında istifadə etməyin. Rütubətdən uzaq saxlayın. -5 °C-dən aşağı və +35 °C-dən yuxarı temperaturlarda saxlamayın. Uşaqlardan uzaq tutun. İstifadə edərkən, əlcək, qoruyucu geyim və eynəkdən istifadə edin.
Bitki Adı |
Zərərli Orqanizm Adı |
Tətbiq dozası |
Son tətbiq ilə məhsul yığımı arasındakı müddət |
Alma |
Alma iç qurdu (Cydia pomonella) |
20 ml/100 L su, Larva |
14 gün |
Alma ağqurdu (Yponomeuta malinellus) |
15 ml/100 L su, Larva |
||
Taxıl |
Ziyankar bağacıq (Eurygaster integriceps) |
150 ml/ha 1-3,4-5 mərhələ nimf və yeni nəsil yetkin |
14 gün |
Uzunburun (Aelia rostrata)
|
450 ml/ha Qışlamış yetkin 2-5 mərhələ nimf ve yeni nəsil yetkin |
||
Taxıl xortumlu böcəyi (Pachytychius hordei) |
150 ml/ha |
||
Şəkər çuğunduru |
Çuğundur biti (Chaetocnema tibialis) |
150-200 ml/ha |
14 gün |
Yarpaq bitləri (Cleonus spp.) |
400-500 ml/ha |
||
Qalxan böcəkləri (Cassida spp.) |
150-200 ml/ha |
||
Qarğıdalı |
Qarğıdalı sovkası (Ostrinia nubilalis) |
400 ml/ha, Larva Yumurta ilk dəfə müşahidə ediləndə dərmanlamağa başlanılır (15 gün fasilə ilə 3 tətbiq) |
14 gün |
Qarğıdalı gövdə qurdu (Sesamia nanogrioides) |
400 ml/ha, Larva Yumurta ilk dəfə müşahidə ediləndə dərmanlamağa başlanılır (15 gün fasilə ilə 3 tətbiq) |
14 gün |
|
Pomidor |
Yaşıl qurd (Helicoverpa armigera) |
500 ml/ha |
14 gün |
Fındıq |
Fındıq qurdu (Curculio nucum) |
400 ml/ha |
14 gün |
Zeytun |
Zeytun milçəyi (Bactrocera oleae) |
25 ml/100 L su |
14 gün |
Üzüm* |
Üzüm maymuncuğu (Otiorhynchus spp.) |
30 ml/100 L su |
7 gün |
Pambıq |
Güvə (Helicoverpa armigera) |
2 l/ha, Larva |
14 gün |