Bu zərərvericiyə qarşı preparat:
TUNADIS 100 EC
TUNADIS 100 EC Aktiv maddə: 100 g/l Penconazole TUNADIS 100 EC fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən
Antraknoz xəstəliyi
*Göbələk xəstəliyi
Xəstəlik törədici isti və rütubətli havada bir neçə gün müddətində əhəmiyyətli dərəcədə məhsul itkisinə səbəb olur. Antraknozun törədiciləri Ascomycete genindən olan göbələk sporlarıdır. Onların inkişafı üçün əlverişli şərtlər yüksək nəmlik (təxminən 90%) və istilikdir (+22 ° C-dən yuxarı). Bu səbəblə xəstəliyin pomidorlara əsasən istixanalarda təsir etməsi təəccüblü deyil və açıq sahədə yalnız yağışlı hava şəraətində inkişaf edir. Bundan əlavə, göbələklər torpaq parçalarında, alaq otlarında, - daxili səthlərdə də yaşaya bilər.
Xəstəlik meyvələrin üzrəində 5-15 mm ölçüdə batıq, yastı, yumru və ya oval nəm ləkələr yaradır. Belə bitkilər torpaqdan asanlıqla çıxır, onların kökləri dağılmış vəziyyətdə olur, burada toxumaya yüklənmiş kiçik sklerosiyalar görünür. Bəzən gövdə və meyvələrdə qonur yastıcıqlar (lojalar) da müşahidə edilir. Bütün yarpaq qəhvəyi olur, quruyur və bir müddət sobra tökülür. Pomidor antraknozu gövdə və köklər də daxil olmaqla bütün bitkiyə təsir edir.
Antraknoz bitkinin yarpaq və gövdəsinin üzrəində də müşahidə olunmasına baxmayaraq əsasən yetişmiş meyvələr üzrəində güclü inkişaf edir. Patogen üçün 16-200C temperatur və havanın nisbi rütubətinin 70-80% həddində olması önəmlidir. Bu şəraitdə xəstəliyin inkubasiya müddəti 5-7 gündür. Bu xəstəlik çox tez yayılır və vaxtında aşkarlanmasa və tədbirlər görülməzsə, qısa müddətdə bütün pomidor məhsulunu itirmək mümkündür.
Növbəli əkinə əməl etməklə, pomidor əvvəlki əkin yerinə 3 ildən sonra qaytarılmalıdır. Havalanmanı kifayət qədər təmin etmək üçün optimal bitki sıxlığına əməl edilməli, meyvələrin yetişməsi fazasında qruntda optimal nəmlik gözlənilməli, suvarılma günün birinci yarısında aparılmalıdır. Ehtiyac duyulduqda fungisidlərlə çiləmə aparıla bilər.
Antraknozun ilk əlamətində ləkələnmiş yarpaqları və xəstəlikdən ciddi şəkildə təsirlənən kolları kökündən qoparın. Məhsul yığımına hələ bir ay əvvəl varsa, daha təsirli kimyəvi maddələrdən istifadə edilə bilər: mis tərkibli bir funqisid və ya koloidal kükürd məhlulu.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürüməTUNADIS 100 EC Aktiv maddə: 100 g/l Penconazole TUNADIS 100 EC fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən