Buğdanın unlu şeh xəstəliyi

*Göbələk xəstəliyi

  • Törədicisi

Xəstəliyin törədicisi Erysiphe cinsinin nümayindəsidir. Dənli taxıl və yabanı ot bitkilərinin əksəriyyəti unlu şeh xəstəliyinə tutulur. Xəstəliyə ən çox bitkilərin aşağı yarus yarpaqları, gövdə, yuxarı yarus yarpaqları və qılçıqları da yoluxur. Unlu şeh xəstəliyinin törədiciləri yarpaq səthinə yapışmaq üçün xüsusi apressorilər və bitki hüceyrələrindən qida maddələrini mənimsəmək üçün qaustorilər buraxır.

  • Əlamətləri

Yarpaqların alt hissəsində əvvəlcə göbələyin ağımsov təbəqəsi, onun üzərində isə bir qədər bozumtul rəngə çalan unvarı ləkələr  əmələ gəlir. Sonra bu ləkələr sıxlaşıb tündləşərək keçəyə bənzər örtük əmələ gətirir və onun üzərində göbələyin meyvə bədəni kleystokarpiləri yetişməyə başlayır. Kleystokarpinin forması dəyirmi, üzəri xırda çıxıntılarla əhatələnmiş, rəngi əvvəlcə qonur, sonra qaralmış, ölçüsü isə 130-180 mkm olur. Kleystokarpinlərin daxilində bir neçə kisə, hər bir kisənin içərisində isə rəngsiz, elleptik formada 4-8 ədəd spor yerləşir. Bu kisə sporların 20-23×11- 13 mkm-dir. Payıza döndükdə kleystokarpilər partlayır, kisə və kisə sporları ətrafa yayılaraq, bitki qalıqlarını da yoluxdurur. 

  • İnkişaf dövrü

Bitkilərin unlu şehə yoluxması  60-100% nisbi rütubət və 0-20°C temperarurda daha intensiv gedir. Havanın temperaturu 30°C-dən yüksək olanda göbələyin inkişafı ləngiyir. Unlu şehin vurduğu ziyan yarpağın assimilyasiya səthinin keçilməsi, bitkidə xlorofil və digər piqmentlərin parçalanması ilə xarakterizə olunur. Bitkilərin unlu şehə yoluxması  məhsuldar gövdələrin azalmasına, sünbülləmənin gecikməsinə və yetişmənin tezləşməsinə səbəb olur. Qeyd olunan amillərin təsiri məhsuldarlığı 8-10%, bəzən də daha çox 12-15% aşağı salır. Yaz aylarında havaların rütubətli keçməsi unlu şehin kütləvi şəkildə yayılmasına kömək edir. Azərbaycanda unlu şehin kütləvi yayılması isə çox az hallarda müşahidə edilir.

  • Nəzarət və mübarizə tədbirləri

Xəstəliyə qarşı davamlı sortların tətbiqinə xüsusi diqqət yetirilməli, payızda taxıl yerində bitmiş cücərtilər xəstəliyin infeksiya mənbəyi olduğu üçün biçindən sonra sahədə qalmış kövşən qalıqları məhv edilməli, cücərtilərin əmələ gəlməsi üçün üzləmə və sonra dərin yay şumu aparılmalıdır. Çox erkən səpinlər xəstəliyə daha çox məruz qalır, buna görə də səpin hər bir region üçün müəyyən edilmiş optimal müddətlərdə aparılmalıdır. Buğdanın vegetasiyası dövründə unlu şeh xəstəliyi kütləvi şəkildə yayılarsa, funqisid preparatlarının tətbiqi zəruridir.

Bu zərərvericiyə qarşı preparat:

TUNADIS 100 EC

TUNADIS 100 EC Aktiv maddə: 100 g/l Penconazole    TUNADIS 100 EC fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən

Məhsulu gör