Bu zərərvericiyə qarşı preparat:
POLYEN 72 WP
POLYEN 72 WP Aktiv maddə: % 64 Mancozeb + % 8 Metalaxyl POLYEN 72 WP fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yü
Fitoftora
*Göbələk xəstəliyi
Törədiciləri
Xəstəliyin törədicisi fitopatogen göbələk bənzəri orqanizmdir. Bu xəstəliyin sahələrdə yayılmasının başlıca səbəbi havanın tempraturu və rütubət amilidir. Əgər havanın tempraturu 12-25 selsi dərəcə intervalındadırsa, hava yağışla, güclü şehlə, dumanla müşayiət edilirsə, xəstəliyin yaranması daha da real görünür.Havanın tempraturu 30-35 Co-dən yuxarı olduqda fitoftorozun inkişafı ləngiyir.Fitoftoruzun törədicisi torpaqda və kartof yumrularında qalır.Növbəti ildə bu torpağa yenidən kartof əkdikdə kartof yumrularında və bitki qalıqlarında olan göbələk ilk fürsətdə xəstəliyin törədicisinə çevrilir.Buna təsir edən əsas amil də göbələk üçün uyğun nəm və hava şəraitinin yaranmasıdır.
Əlamətləri
Fitoftoroz xəstəliyi nəticəsində kartofun yerüstü kütləsinin 50%-i zəifləyir.Bitkinin məhsuldarlığı kəskin şəkildə aşağı düşür.Xəstəliyin ilkin əlamətləri adətən yarpaqlarda özünü göstərir. Beləki, bitkinin yarpaqlarının kənarlarında qonur ləkə əmələ gəlir, quruyur və nəm havalarda çürüyürlər.Xəstəliyin əlamətləri saplaqda, gövdədə, bəzən qönçə və meyvəciklərdə də müşahidə olunur.Yumrularda xəstəliyin nişanələri qonur-boz rəngə çalır.
İnkişaf dövrü
Xəstəliyin inkişafı üçün əlverişli şərait yarandıqda fitoftoroz bir neçə gün ərzində bitkini tam yoluxduraraq yarpaqları, gövdələri inkişafdan salır və bitki soluxur. Göbələyin sporları asanlıqla gövdədən yumrulara keçə bilir. Kartofu ərzaq üçün və toxumluq məqsədilə anbarlarda saxladıqda da yumruları fitoftoroza yoluxur. Xəstəliyin inkişafı 10-250 Co temperaturda və 75 %-i nəmlikdə daha intensiv xarakter alır. İsti və quraqlıq keçən illərdə göbələyin inkişafı xeyli zəifləyir.
Nəzarət və mübarizə tədbirləri
Sahədəki infeksiya mənbələrinin sayını azaltmaq üçün yoluxmuş kök yumrularını toxumdan çıxarın. Unutmayın ki, toxum materialında nə qədər çox yoluxmuş kök yumruları varsa, tarlanızda xəstəliyin yayılması daha erkən başlayacaq. Fitoftora sporları nəmli torpaqda bir neçə həftə davam edir və nəm varsa, yığım, daşınma və saxlama zamanı kök yumrularına yoluxur. Buna görə yağışlı havalarda kök yumrularını yığmaqdan çəkinin və zədələnməməsi üçün tədbirlər alın.
Kimyəvi mübarizə tədbirləri xəstəliyə qarşı ən səmərəli, tez başa gələn metodlardandır. Vegetasiya dövründə fitoftoraya qarşı səmərəli mübarizə aparmaq üçün funqisidlərin istifadəsi vacib şərtlərdəndir. Xəstəliyin ilk əlamətlərini gözləmədən tarlanı funqisidlə müalicə edin. Unutmayın ki, infeksiya ocaqları meydana gəldikdən sonra başlayan müalicələrin faydası olmur!
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürüməPOLYEN 72 WP Aktiv maddə: % 64 Mancozeb + % 8 Metalaxyl POLYEN 72 WP fungisidi Türkiyənin pestisid istehsalında ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yü