Gövdə pası xəstəliyi
*Göbələk xəstəliyi
Gövdə pası xəstəliyinin buğda bitkisində törədicisi - Puccinia graminis göbələyidir.
Xəstəliyə bitkinin bütün orqanlarını sirayətləndirir (gövdəsi, yarpaq, sünbül). Əvvəlcə bitkinin orqanlarında göbələyin tünd-qonur rəngli uredo sporları sonra isə vegetasiyanın sonunda qara rəngli teleyto sporlar əmələ gəlir. Güclü zədələnmiş bitkinin gövdə və yarpaq epidermisi xəstəlik nəticəsində dağılır. Gövdə pası xəstəliyinin qışlama mərhələsi aralıq sahibi zirinc bitkisinin üzərində (törədicisi piknidi və esidi mərhələsində) inkişaf edir. Xəstəliklə yoluxmuş sahə məhsulun 70% bəzən isə 90%-ə qədərini məhvinə səbəb ola bilər
Bu xəstəliyin inkişafı üçün temperatur, nisbi rütubət və damla su böyük əhəmiyyət kəsb edir. Xəstəliyin optimal inkişaf temperaturu 15 - 35 C dərəcə hesab olunur.
Kimyəvi mübarizə tədbirləri xəstəliyin ilkin simptomları göründükdə çiləmə aparılmalıdır.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürümə