Nekroz xəstəliyi

*Göbələk xəstəliyi

  • Törədiciləri

Adətən üzümün oduncaq hissəsində yaşayır. Payız və qışda qabıqda qara piknidlər əmələ gəlir. Yazda piknidlərdən sporlar çıxır və yarpaq və zoğları xəstəliyə yoluxdurur.  Yarpaqlarda törədicinin sonrakı inkişafı ləngiyir və proses qara nöqtələrin yaranması ilə nəticələnir. Zoğlar odunlaşanda orada törədicinin böyüməsi bərpa olunur. Xəstəlik üzümün daha köhnə oduncaq hissələrinə çataraq onları məhv edir və növbəti ildə daha az zoğ əmələ gəlir.

  • Əlamətləri

Birillik zoğlara ziyan verir. Kiçik qara nöqtələr tədricən “keçəlləməyə” gətirir. Zoğ boyu qabıq toxumasının çatlaması xəstəlik üçün xarakterik əlamətdir. Zoğlar inkişafdan qalır və tədricən quruyur. Növbəti ildə daha az zoğ əmələ gəlir. Yarpaqlarda sarı zolaqlı haşiyə ilə əhatə olunmuş kiçik qara nöqtələr olur. Yarpağın toxuması inkişafdan qalır və sonra çatlayır.

  • İnkişaf dövrü

Xəstəlik yazda intensiv yağışlar və soyuq hava dövründə inkişaf edir. Sporlar rütubət və 5°C temperaturda piknidlərdən çıxırlar. Əksər hallarda yoluxma zoğların böyüməyə başladığı vaxtdan 6-cı yarpaq dövrünə qədər baş verir. Bu dövrdə zoğlar xəstəliyə daha həssas olur.

  • Nəzarət və mübarizə tədbirləri

Piknidlərdə olan sporlar və oduncaq hissədə olan mitselilər fungisidlərin təsirindən qorunduğuna görə dərmanlamanı sporların çıxması dövründə aparmaq lazımdır. Fungisid yarpaqlar və zoğları tam örtərək mühafizə təbəqəsi yaratmalıdır. Xəstəlik əkin materialı ilə yayılır. Buna görə də sağlam əkin materialının alınması və çoxaldılması məsləhət görülür.

Bu zərərvericiyə qarşı preparat:

POLYEN 72 WP

POLYEN 72 WP Aktiv maddə: % 64 Mancozeb + % 8 Metalaxyl POLYEN 72 WP fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən yü

Məhsulu gör