Fuzarioz soluxması
*Göbələk xəstəliyi
Xəstəliyin əmələ gəlməsi əsasən köklərdən baş verir. Bununla yanaşı əkin sahəsində olan bitki qalıqları və toxumlar da Fuzarioz soluxmanın əsas törədiciləridir. Xəstəlik nəmliyi sevir, yüksək rütubət şəraitində inkişaf edir.
Xəstəlik adətən meyvələrin formalaşması dövrü zühur edir. Əvvəlcə bitkilərin alt yarpaqlarının bir hissəsində saralma müşahidə olunur. Daha sonra onlarda açıq sarı çalarlı qonur ləkələr meydana çıxır və bitki tədricən soluxur. Xəstə bitkilərin gövdəsinin eninə kəsiyində boru həlqələrinin qaralması müşahidə edilir. Şitillikdə yarpaqların həm soluxması, həm də saralması baş verir. Yaşlı bitkilərdə tədricən al tdan başlayaraq yarpaqlar saralır və bitki tezliklə soluxur. Güclü yoluxmada yarpaqlar açıq qonur rəng alır və quruyur. Xəstəliyin son mərhələsində bitkininn kök sistemi də məhv olur.
Fuzarioz soluxması ilə bitkilər inkişafın bütün fazalarında qarşılaşır, lakin xəstəlik meyvələrin əmələgəlmə mərhələsində xüsusilə təhlükəlidir. Bəzən sirayətlənmiş bitkilər vegeta-siyanın sonuna qədər tələf olmurlar. Lakin onlar böyümədən qalır, az miqdarda keyfiyyətsiz meyvələr verir. Torpaqda patogen ehtiyatı çox olduqda xəstəlik erkən və sürətli soluxma yaradır
Davamlı sortların becərilməsi, növbəli əkin dövriyyəsinə əməl edilməsi, ən yaxşı sələf bitkisinin seçilməsi əhəmiyyətlidir. Üçyarpaq yonca önəmli dərəcədə vertisillium göbələklərinin inkişafının qarşısını alır. Dərin dondurma şumu, torpağın pH-nın 6,5-7,0 səviyyəsində saxlanması, nitrat azotundan istifadə, istixana və parniklərin dezinfeksiyası, son olaraq isə toxumların dərmanlanması vacibdir. Kök qatının dərinliyinə əkin dövriyyəsindən əvvəl istilik dezinfeksiyası edilməlidir. Torpağı yaxşılaşdırmaq üçün mövsümün sonunda əkilən və payızda şumlanan yaşıl gübrə bitkilərindən (ağ xardal, çovdar, noxud, zeytun) istifadə etmək faydalıdır.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürümə