Qırışlı qıvrılma
*Virus xəstəliyi
Xəstəlik kartof və onun yoluxmuş kök yumrularının sahələrə əkilməsi ilə yarana bilər. Digər bir tərəfdən xəstə bir bitkinin şirəsi də virusun yaranmasını sürətləndirir. Qırışlı qıvrılma açıq və örtülü şəraitdə yoluxaraq, bitkiyə güclü ziyan vurur.
Xəstəliyin başlıca əlaməti yarpaqların qırışması, sonradan qıvrılması və damarlararası lətin üst hissəsinin əvvəlcə sarımtıl-yaşıl rəng alması, sonradan saralması kimi amillərdir. Virus toxumla keçdikdə ilk əsl yarpaq fazasından xəstəliyin əlamətləri müşahidə olunur. Erkən yoluxma zamanı yarpaqlar inkişafdan qalır, qırışır və deformasiya edir, çiçək topaları əmələ gəlmir və ya bitki böyümədiyindən həddən artıq zəif olur ki, onun üzərində hətta meyvə əmələ gəlsə belə, normal meyvədən 5-8 dəfə kiçik olur. Belə məhsullar 126 istifadəyə yararsız olur, çünki meyvə daxilində toxumluqlar və lətli hissənin inkişafı çox zəif olur.
PYV güclü yayılan sahələrdə məhsul itkisi 70-90%-ə çatır. PYV bibər, yabanı quş üzümü, lobya bitkilərini də sirayətləndirir. Virusla yoluxmuş ağqanadlı bu bitkilərdən hər hansı biri ilə qidalandıqda infeksiyanı yayır. Məlumdur ki, ağqanadlı tez-tez uçaraq müxtəlif bitkilərə qonur və onların şirəsini sormaqla qidalanır. Bu səbbədən PYV tez bir zamanda bütün əkin sahəsinə yayılır.
Xəstəliyə qarşı mübarizədə toxumların səpinqabağı termiki dezinfeksiyası aparılmalıdır. Dezinfeksiya olunmuş toxumların rüşeyminin ayılması üçün 15-20oC-də saxlanılmalıdır. Proses otaq temperaturunda da yerinə yetirilə bilər. Vegetasiya dövründə sorucu ağız aparatına malik olan zərərvericilərdən ağqanadlılar, mənənələr, tripslər, gənələrə qarşı preparatlarla çiləmə aparılması səmərəlidir. Çiləmələr hər yarpaqda 3-4 ağqanadlının yetkin fərdi müşahidə edildikdə yerinə yetirilməlidir. İstixanalarda və şitilliklərdə hər mövsümdən sonra istixanalar kip qapanaraq, fumiqantlarla dezinfeksiya tədbirləri keçirilməlidir.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürümə