Qonur pas xəstəliyi
*Göbələk xəstəliyi
Qonur pas xəstəliyin törədicisi Puccinia recondita Rab. Et Dest. F. Tritici Eriks göbələyidir. Qonur pas taxıl bitkilərinin, xüsusilə buğdanın əsas xəstəliyi olub, taxıllar fəsiləsinə aid olan bitkiləri də sirayətləndirir.
Xəstəliyin səciyyəvi əlaməti yarpaqlar üzərində dağınıq formada qonur rəngdə sporların əmələ gəlməsi müşahidə olunur.
Xəstəliyə bitkinin bütün orqanlarını sirayətləndirir (gövdəsi, yarpaq, sünbül). Əvvəlcə bitkinin orqanlarında göbələyin narıncı-qonur rəngli uredo sporları sonra isə vegetasiyanın sonunda qara rəngli teleyto sporlar əmələ gəlir. Güclü zədələnmiş bitkinin gövdə və yarpaq epidermisi xəstəlik nəticəsində partlayır və nəticədə sporlar yayılaraq digər bitkiləri yoluxdurur. Qonur pas xəstəliyinin qışlama mərhələsi aralıq sahibi zirinc bitkisi və digər taxıllar fəsiləsinə aid olan bitkilər üzərində (törədicisi piknidi və esidi mərhələsində) keçirir. XƏSTƏLİKLƏ YOLUXMUŞ SAHƏ MƏHSULUN 50-60% - Ə QƏDƏRİNİ MƏHV EDİR.
Aqrotexniki mübarizə tədbiri olaraq
-Növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi;
-payızda taxıl əkiləcək sahələrdə şum altına fosfor-kalium, erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməli;
-taxıl alaqlarına qarşı vaxtında mübarizə aparılmalı;
-sərinqabağı toxumlar dərmanlanmalıdır.
Kimyəvi mübarizə tədbirləri xəstəliyə güclü tutulan xəstəlik əlaməti görünən kimi aparılmalıdır. Gecikdirilməyə yol verilsə, tədbirin heç bir nəticəsi olmur.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürümə