Qovluqlu sürmə
*Göbələk xəstəliyi
Xəstəliyin törədicisi Ustilago zeae Under göbələyidir. Qovluqlu sürmə qarğıdalının əkildiyi bütün sahələrdə yayılır. Bu xəstəliyinin törədiciləri qarğıdalınnı daxilindı diffuz şəklində yayılmır, onlar yalnız vegetativ hüceyrələrə nüfuz edir.
Qovluqlu sürmə bitkinin gövdəsi, qıçası, yarpaqları və süpürgəsində fərqli ölçüdə qovluqlar əmələ gətirir. Əvvəlcə xırda şişkin ləkələr şəklində olan qovluqlar inkişaf edərək irihəcmli olur. Onlar əvvəlcə ağ, sonra bozumtul çəhrayı rəngdə olub, yetişdikcə qaralır. Ən böyük şişlər qıçalarda və gövdədə əmələ gəlir. Yarpaqda bu şişlər qırışlara oxşayır. Məhz bu qırışlara görə yarpaqlarda xəstəliyi ilk dəfə təsbit etmək olur. Şişlər əmələ gələn gövdələr kövrələrək qırılırlar. Ona görə bu xəstəliyin gövdə forması daha qorxuludur.
Qovluqlu sürmə külək vasitəsilə 2-3 həftəyə bütün əkin sahəsinə yayıla bilər. Ümumilikdə bu xəstəlik 30-60% məhsuldarlıq itkisi ilə nəticələnir. Xəstəliyin inkişafı eyni zamanda nəm və rütubətlə əlaqəlidir. Torpaqda 60% nəmliyin olması göbələyin inkişafı üçün uyğun hesab edilir. 40%-dən aşağı, və 80%- dən yuxarı nəmlikdə patogenin inkişafı zəifləyir.
Qovluqlu sürmənin qoruyucu tədbirləri əsasən tarlalardan qarğıdalı qalıqlarının çıxarılmasına, sağlam toxum çeşidlərinin seçilməsinə yönəlməlidir . Qarğıdalının eyni ərazidə davamlı əkilməsi torpaq qatında xəstəliklərin artması ilə nəticələnir. Belə olan halda həyata keçirilən mübarizə tədbirləri faydasını vermir. Qarğıdalı 2-3 il eyni sahəyə əkilməməlidir.
DİGƏRLƏRİNƏ DƏ BAXIN
Dəmgil Monolioz Sitosporoz Alternarioz və ya tünd-qonur ləkəliliyi xəstəliyi Boz çürümə