Sarı pas xəstəliyi

*Göbələk xəstəliyi

  • Törədiciləri

 Sarı pas xəstəliyinin törədicisi Puccinia striiformis West göbələyidir.  Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri – çayır, eqilops, ceyran arpası və s. pasın yayılmasında əsas mənbələrdən biri hesab olunur. Sarı pas törədiciləri –sporlar külək axını və həşəratlar vasitəsilə geniş ərazilərə yayıla bilir. Sarı pasın aralıq sahibi məlum deyildir.

  • Əlamətləri

Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst səthində xətvari sarı rəngli sporların əmələ gəlməsi müşahidə olunur. Həmin sporlar inkişaf edərək böyüyür və yarpağın səthində dağılır və spor kütləsi xaricə tökülərək ətrafa yayılır.

  • İnkişaf dövrü

Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində müşahidə olunur. Qışın mülayim keçməsi bəzən göbələyin bütün vegetasiya boyu inkişaf etməsinə şərait yaradır. Xəstəlik külək vasitəsilə yayılır. Sarı pasın törədicisinin inkişafı üçün 10-13 °C temperatur optimal hesab olunur. Sporlar 0 °C temperaturda belə cücərə bilir. 20 °C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Qeyd etmək lazımdır ki, Azərbaycanda aprel və may aylarında, temperaturun gündüzlər 20-25 °C olmasına baxmayaraq, gecələr 15 °C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafına müsbət təsir göstərir. Sarı pas xəstəliyi buğdanın vegetasiysının əvvəlində, yəni erkən yazda əmələ gəldiyi üçün onun məhsuldarlığa vurduğu ziyan daha çoxdur. Xəstəlik nəticəsində bitkidə fotosintez prosesi zəifləyir, yarpaqların assimilyasiya səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar vaxtından tez quruyub tökülməyə başlayır. Nəticədə dənin dolması prosesi tam getmir, əmələ gəlmiş dənlər cılızlaşdığı üçün 1000 dənin çəkisi də aşağı düşür.

  • Nəzarət və mübarizə tədbirləri

Aqrotexniki mübarizə tədbiri olaraq

-Növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi;

 -payızda taxıl əkiləcək sahələrdə şum altına fosfor-kalium, erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməli;

-taxıl alaqlarına qarşı vaxtında mübarizə aparılmalı;

-sərinqabağı toxumlar dərmanlanmalıdır.

Kimyəvi mübarizə tədbirləri xəstəliyə güclü tutulan xəstəlik əlaməti görünən kimi aparılmalıdır. Gecikdirilməyə yol verilsə, tədbirin heç bir nəticəsi olmur.

Bu zərərvericiyə qarşı preparat:

TUNADIS 100 EC

TUNADIS 100 EC Aktiv maddə: 100 g/l Penconazole    TUNADIS 100 EC fungisidi Türkiyənin pestisid istehsalında  ilk beşliyinə daxil olan ASTRANOVA şirkəti tərəfindən

Məhsulu gör