KEYFİYYƏTLİ POMİDOR MƏHSULU ƏLDƏ ETMƏK ÜÇÜN İLK ADDIMLAR
KEYFİYYƏTLİ POMİDOR MƏHSULU ƏLDƏ ETMƏK ÜÇÜN İLK ADDIMLAR
Pomidor bitkisi ölkənin kənd təsərrüfatında özünün əkin sahəsinə və istehsal həcminə görə xüsusi əhəmiyyət kəsb edir. Pomidor bitkisi üçün ən yaxşı sələf bitkiləri-xiyar, bostan bitkiləri, soğan, kələm, paxlalılar hesab edilir. Respublikanın tərəvəzçilik bölgələrində şitillər əsasən parniklərdə və polietilen örtüklü istixanalarda 35-40 gün ərzində becərilir. Bölgələrin iqlim şəraitindən asılı olaraq əkin üçün hazır olan şitillər may ayının I ongünlüyünə qədər olan müddətdə açıq sahədə 70x 35-40 sm sxemi üzrə əkilir.
Pomidor toxumunun cücərməsi üçün normal temperatur 23-250 hesab edilir. Bitkinin normal böyüyüb inkişaf etməsi üçün 23-7 temperatur rejimi saxlanmalıdır.
Bitkiyə qulluq işləri əsasən cərgə və bitki aralarının becərilməsi, alaqların vurulması, gübrələrin verilməsi, suvarılması və xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir.
Sort xüsusiyyətlərindən asılı olaraq hər 300-350 kq meyvədən 1 kq, 1 ton meyvədən 3,0-3,5 kq, 1 ha-dan 150-200 kq toxum əldə etmək olar. Toxumu düzgün saxladıqda cücərmə qabiliyyətini 5-7 il saxlayır.
Pomidor bitkisinin Quba-Xaçmaz zonası üçün səpin vaxtının 1-5 III, əkin vaxtının 25 IV; 5 V, Lənkəran-Astara zonası üçün uyğun olaraq 20-25II, 5-10 IV, Abşeron zonası üçün 20.III-1.IV, 1-10.V da aparılması məqsədəuyğundur.
Yazda, əkin ərəfəsində 20-25 sm dərinliyində II yaz şumu və malalama aparılmalıdır.Malalama zamanı hektara superfosfat, kalium-sulfat və ammonium sorasının hərəsindən 1 sen verilməlidir. Pomidor bitkisi mineral qidalanmağa çoxtələbkardır.
Gübrələmə sisteminə əsas və əlavə yemləmə şəklində verilən gübrələr daxildir. Əsas gübrələmə şumqabağı torpağın hər hektarına 20 ton peyin, fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 30%-i isə ilk meyvə əmələ gələn vaxt verilir. Azot gübrəsinin 30%-i yazda ikinci şum altına, 40-45%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 25-30%-i isə ilk meyvə əmələ gələn dövrdə verildikdə yaxşı nəticə alınır.
Pomidorun geniş yayılmış xəstəlikləri fitoftora, makrosporioz, meyvələrdə təpə cürüməsi, əsas zərərvericiləri pambıq sovkası, mənənə, karadrina hesab edilirlər.
Xəstəliklərə qarşı mübarizədə müasir tələb olunan funqisidlərdən istifadə olunur.
Yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü.
Подсолнух другая информация о
BİZƏ ABUNƏ OLUN
Sizi maraqlandıran mövzuları seçin